AYNA sərnişinlərin iki avtobusla bağlı şikayətlərinə aydınlıq gətirdi
Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı sakinləri 39 və 53 nömrəli avtobuslardan şikayətçidirlər.
Avtosfer.az xəbər verir ki, bu barədə Teleqraf-a müraciət edən sərnişinlər bildiriblər ki, 39 nömrəli avtobus ilk dayanacaqdan Məhəmməd Xiyabani dayanacağına gələnə kimi dolur. Sıxlıq səbəbindən sakinlər avtobusa minə bilmir, işə və dərsə gecikirlər. Sürücülər tıxacı bəhanə edirlər, lakin sakinlər həmin saatlarda tıxac olmadığı qənaətindədirlər. Bütün hallarda sərnişinlər məsələyə aydınlıq gətirilməsini istəyirlər: nəqliyyat xəttinə avtobusların az buraxıldığı yaxud belə vəziyyətin yaranmasına tıxacın səbəb olduğu araşdırılsın və problem aradan qaldırılsın.
Mövzu ilə bağlı AYNA-nın mətbuat katibi Tural Orucov bildirib ki, 39 nömrəli marşrutda 12 avtobus 4-5 dəqiqə hərəkət intervalı ilə xidmət göstərir. “Daşıyıcıya avtobus sayının sərnişin tələbatına uyğun tənzimlənməsi barədə tapşırıq verilib", - o əlavə edib.
O həmçinin qeyd edib ki, sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması məqsədilə 53 nömrəli marşrut xətti AYNA tərəfindən müsabiqəyə təqdim olunub. Müsabiqənin nəticələrinə əsasən, xəttə yeni daşıyıcının cəlb edilməsi nəzərdə tutulub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 15 Oktyabr 2025 11:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















