Icma.az
close
up
RU
“Şərq qapısı” qəzeti 103 yaşını qeyd edib AZƏRTAC

“Şərq qapısı” qəzeti 103 yaşını qeyd edib AZƏRTAC

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Naxçıvan, 21 noyabr, AZƏRTAC

Noyabrın 21-də Naxçıvan Muxtar Respublikasında işıq üzü görən “Şərq qapısı” qəzeti 103 yaşını qeyd edib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu münasibətlə qəzetin kollektivi Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərində yerləşən abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin əziz xatirəsinə ehtiramlarını bildirib.

Sonra Heydər Əliyev Muzeyində “Şərq qapısı” qəzetinin müxtəlif tarixi dövrlərə aid nömrələri ilə tanışlıq olub. Qeyd edilib ki, Ulu Öndərin 1990-1993-cü illərdə Naxçıvanda Ali Məclisin Sədri kimi verdiyi tarixi fərman və sərəncamlar, qərarlar ilk dəfə məhz bu mətbuat orqanında işıq üzü görüb. Ümummilli Lider Heydər Əliyev qəzetin fəaliyyətini yüksək qiymətləndirib, Moskvadan Naxçıvana qayıtdıqdan sonra “Şərq qapısı”na verdiyi müsahibədə “Mən “Şərq qapısı” qəzetinin təsiri altında tərbiyələnmişəm. Hələ gənc ikən burada orta məktəbdə, pedaqoji texnikumda oxuyanda müxtəlif məsələləri öyrənmək üçün “Şərq qapısı”ndan çox istifadə etmişəm. O vaxtdan nüfuzlu qəzet kimi hafizəmdə qalıb” fikirlərini səsləndirib. Qəzet bütün dövrlərdə muxtar respublikada ictimai-siyasi həyatın, elm, təhsil, maarifçilik, ədəbiyyat sahələrində gedən inkişaf proseslərinin güzgüsünə çevrilib və bu gün də üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir.

Vurğulanıb ki, “Şərq qapısı” qəzeti bu gün tarixində ilk dəfə olaraq yaranmasının ildönümünü rəsmi statusla qeyd edir. Belə ki, cari il may ayının 1-də Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin “Şərq qapısı” qəzetinin təsisçisi statusunun qanunvericilikdə təsbit edilməsi və qəzetin fəaliyyətinin təmin olunmasının hüquqi əsasının yaradılması ilə əlaqədar hazırlanan “Media haqqında” qanuna dəyişikliyi təsdiqləyib. Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq cari il avqustun 15-də mətbuat orqanının əməkdaşlarının əməkhaqları artırılıb. Yaxın gələcəkdə qəzetin maddi-texniki təminatının yaxşılaşdırılması üçün də işlər həyata keçiriləcək.

Bildirilib ki, kollektiv bundan sonra da yaradılan şəraitdən istifadə edərək ölkəmizin, muxtar respublikanın ictimai-siyasi həyatında baş verən ən son yenilikləri geniş oxucu kütləsinə çatdırmaq üçün səylə çalışacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:240
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Noyabr 2024 12:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see317

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see297

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see274

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see263

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see259

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see237

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see233

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see227

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see222

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see218

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see212

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see211

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see203

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see196

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see196

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see194

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see193

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see182

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see179

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri