Icma.az
close
up
RU
“Şərq və Qərblə əməkdaşlıqda əsas amil milli maraqlarımızdır”

“Şərq və Qərblə əməkdaşlıqda əsas amil milli maraqlarımızdır”

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev Milli Məclisdə “Qlobal Cənubun yüksəlişi və Qərb: Azərbaycanın rolu, əməkdaşlıq və inkişaf üçün yeni imkanlar” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı dedi.

Bu gün qloballaşan dünyada güclərin dəyərlər deyil, maraqlar üzərində təmərküzləşməsi prosesini müşahidə etməkdəyik. Yeni mərkəzlərin yaranması, ittifaqların qurulması ilə müşayiət olunan qloballaşmada ölkələr yerini və mövqeyini necə müəyyən etməlidirlər? Onlar regional, yaxud qitələrarası məsələlərin müzakirəsində, problemlərin həllində hansı addımları atmalıdırlar? Bu suallar dünənədək müttəfiq olmuş, bu gün əks qütblərdə yer alan “böyük güclər”i də ciddi seçim qarşısında qoyub.

“Bu kontekstdən yanaşanda Qlobal Cənubun hazırda gündəliyində çox ciddi məsələlər durur. Bunlar ikili standartlar, Rusiya–Ukrayna münaqişəsi, qaçqınların qəbulu və s. kimi məsələlərdir. Bu prioritet məqamlardan irəli gələn beynəlxalq hüquq məsələlərinə də diqqət yetirilir”. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev mövzu ilə bağlı XQ-yə açıqlamasında Qlobal Cənubun nə beynəlxalq təşkilat, nə də ayrıca platforma olduğunu bildirdi: “Bunun siyasi-iqtisadi anlayış kimi qəbul edilməsini ən doğru variant sayıram. Azərbaycan bugünədək bu çərçivədə müəyyən fayda əldə edib və bundan sonra da faydalana biləcək”.

BMTM sədri burada həm siyasi dividendlərin, həm nüfuzun daha da artırılması, həm də əldə ediləcək geniş siyasi dəstəkdən söhbət getdiyini önə çəkdi. Buna misal olaraq Qoşulmama Hərəkatına üzv dövlətlərin BMT Təhlükəsizlik Şurası çərçivəsində Azərbaycana göstərdikləri dəstəyi xatırladan F.Şəfiyev artıq münaqişə bitdikdən sonra buna ehtiyac qalmadığını da deməyi unutmadı: “BMT Təhlükəsizlik Şurasında üç dəfə (2020–2023-cü illərdə) Azərbaycan əleyhinə qərar və qətnamə qəbuluna cəhdlər göstərilsə də, bunların qarşısı operativ şəkildə alındı və neytrallaşdırıldı”. O, bundan sonra da Azərbaycanla bağlı hər hansı siyasi məsələ gündəliyə gətirilərsə, Bakının yenə də həmin dəstəyə ümid edə biləcəyini xüsusi vurğuladı.

***

Azərbaycana beynəlxalq mustəvilərdə dəstəyin, ilk növbədə, Qoşulmama Hərəkatına üzv ölkələrinin hesabına baş tutduğunu bir daha qeyd edən BMTM sədri sözlərinə onu da əlavə etdi ki, ticarət baxımından bir neçə ölkənin Azərbaycandan asılılığı var: “Enerji məhsulları Avropaya, kənd təsərrüfatı məshulları isə daha çox Rusiyaya ixrac edilir. Afrika ölkələri ilə əməkdaşlıq, ticarət məsələləri gücləndirilərsə, həmin ölkələrə də bu kimi məhsulları sata bilərik. Milli təhlükəsizlik məsələsinə çevrilən strategiyaya əsasən enerji gəlirlərindən asılılığımızı da azaltmalıyıq. Çünki dünya bazarında neftin qiyməti aşağı düşməkdədir”.

Bizimlə söhbətində mövzu ilə bağlı xüsusi bir məqama da toxunan BMTM sədri Qlobal Cənubun müəyyən dərəcədə anti–Qərb xarakter daşıdığı barədə fikirlərini bölüşdü: “Müzakirəyə çıxarılan bu və ya digər məsələdən asılı olaraq, Azərbaycan, təbii ki, məhz bu çərçivədə dəstəyini əsirgəmir. Buna misal olaraq, COVID-19 epidemiyası dövründə Qərbin yürütdüyü peyvəndləmə siyasətində Azərbaycan Qoşulmama Hərəkatı adından Qlobal Cənub platformasını dəstəkləmişdi. Bununla bağlı bir sıra müraciətlər edildi, bəyanatlar verildi. Amma, bu, o demək deyil ki, Azərbaycan, ümumiyyətlə, anti–Qərb siyasəti aparır. Xeyr, bu, belə deyil. Bütün dünya görür ki, Bakı Avropanın aparıcı dövlətləri ilə enerji təhlükəsizliyi və digər sahələrdə əməkdaşlığını inkişaf etdirməkdədir. Əslində, bu, çox doğru siyasətdir. Yəni ortaya çıxan məsələdən, problemdən asılı olaraq, Azərbaycan istər Qərblə, istərsə də Şərqlə əməkdaşlığını davam etdirəcək. Burada başlıca amil Azərbaycan dövlətinin və Azərbaycan xalqının milli maraqlarıdır”. Daha sonra Azərbaycanın Braziliya, Çin, Hindistan kimi ölkələrlə əməkdaşlığın artırılmasına ehtiyac duyduğunu qeyd edən F.Şəfiyev bu sırada Hindistanla əlaqələrin böyük əhəmiyyət kəsb etdiyini önə çəkdi: “Məsələn, Hindistan qlobal arenada aktiv ölkələrdəndir. Doğrudur, bu ölkə ilə bəzi problemlərimiz var. Buna görə onunla əməkdaşlıq qapalı şəraitdə müzakirə oluna bilər. Çünki Qlobal Cənub Azərbaycan üçün çox önəmli platformadır”.

***

Hər şeydən göründüyü kimi, Qlobal Cənub özünün inkişaf mərhələsindədir. Yəni istər iqtisadi baxımdan, istərsə də siyasi nüfuzun və təsir dairələrinin genişləndirilməsi bu düşərgədə yer alan ölkələr tamamilə yeni bir dövrə qədəm qoyurlar. Bu, həm də çox böyük coğrafiyanı əhatə edən yeni beynəlxalq areal deməkdir. Statistikaya nəzər salsaq görərik ki, dünya əhalisinin 85 faizi, qlobal ümumdaxili məhsulun isə 39 faizi məhz bu ölkələrin payına düşür. Digər tərəfdən, Qlobal Cənub dövlətləri hazırda həm iqtisadi, həm də siyasi transformasiya dövründən keçirlər.

Son proseslər Qlobal Cənubun dünyanın aparıcı təşkilatları və güc mərkəzləri tərəfindən qəbul edilməsindən xəbər verir. Bunun bariz nümunəsini bir neçə beynəlxalq təşkilatın timsalında görə bilərik. Son vaxtlar baş verən önəmli dəyişikliklərdən biri – “Böyük 20-lik” (G20) təşkilatının Afrika İttifaqını tamhüquqlu üzv kimi sıralarına qəbul etməsidir. Bu fakt “Qara qitə”nin getdikcə artan nüfuzunun göstəricisi sayılmalıdır. Başqa bir nümunə kimi BRICS-i göstərə bilərik. Yarandığı zaman beş dövlətdən ibarət olan bu beynəlxalq alyans sonradan daha dörd tamhüquqlu üzv dövlətin qoşulması ilə genişləndi. Bu isə BRICS-in artıq Qlobal Cənubun mühüm təmsilçilərindən birinə çevrildiyi deməkdir.

Təqdim etdi:
İ.HƏSƏNQALA
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:257
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 May 2025 10:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

16 Sentyabr 2026 01:44see267

Baş nazir qərar imzaladı Onlar da Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

16 Sentyabr 2026 16:28see267

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

16 Sentyabr 2026 00:15see248

Bryus Uillisin ailəsi vidalaşmağa hazırlaşır Beyni alimlərə veriləcək

15 Sentyabr 2026 21:41see243

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

16 Sentyabr 2026 00:55see235

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

16 Sentyabr 2026 21:55see232

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

15 Sentyabr 2026 21:59see231

Daşkənd şəhərində “TASANNO” Beynəlxalq Milli Mətbəx və Mədəniyyət Festivalı keçirilib

15 Sentyabr 2026 21:01see228

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

16 Sentyabr 2026 02:07see225

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

17 Sentyabr 2026 02:10see209

Robotların robot hazırladığı ilk zavod fəaliyyətə başladı

17 Sentyabr 2026 03:02see207

Alina Boz körpəsinin cinsiyyətini açıqladı: otağını artıq hazırlayırlar

15 Sentyabr 2026 21:30see206

“Ulduz” metro stansiyasının qarşısındakı yolda asfaltlanma işlərinin ilk mərhələsi yekunlaşıb

16 Sentyabr 2026 23:39see205

ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib

17 Sentyabr 2026 05:29see201

Maks Douman “İpsviç”ə qarşı dubl edərək tarixə düşdü

16 Sentyabr 2026 02:19see199

Bakıda və bölgələrdə işıq sönəcək

16 Sentyabr 2026 08:19see190

Azərbaycanda gizli şəhər: yeni tapıntılar VİDEO

17 Sentyabr 2026 00:51see177

Tramp gələn həftə Körfəz ölkələrinin liderləri ilə görüşəcək

17 Sentyabr 2026 06:43see174

PSJ “Qızıl top” uğrunda əsas namizədlərini seçdi

17 Sentyabr 2026 00:38see171

Xalq artisti: Burun əməliyyatı zamanı masada ölmüşəm (Video)

16 Sentyabr 2026 14:28see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri