Icma.az
close
up
RU
Şərqşünaslıq İnstitutunda 111 elmi tədqiqat işi bu ilin sonunda başa çatacaq

Şərqşünaslıq İnstitutunda 111 elmi tədqiqat işi bu ilin sonunda başa çatacaq

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 7 iyul, AZƏRTAC

AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda ötən 6 ay ərzində elmi tədqiqatların icrası sahəsində 1 elmi istiqamət, 5 problem çərçivəsində aparılan 111 elmi-tədqiqat işi bu ilin sonunda başa çatacaq. Bu tədqiqatların sırasında “Cümhuriyyət Xalq Partiyasının Türkiyə siyasətində yeri və rolu (2003-2023-cü illər)”, “NATO çərçivəsində beynəlxalq terrorizmə qarşı mübarizədə Türkiyə və ABŞ-ın əməkdaşlığı”, “Böyük coğrafi kəşflər və Orta Şərq və Azərbaycan üzərindən keçən ticarət yolları”, “Bir kəmər-bir yol” layihəsi çərçivəsində Azərbaycan-Çin əməkdaşlığının inkişafında Prezident İlham Əliyevin rolu”, “İraq türkmanlarının tarixi təkamülü”, “Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında siyasi münasibətlər”, “Müstəqillik dövründə Azərbaycan-Qırğızıstan əlaqələri (1991-2021)”, “Azərbaycanca-farsca və farsca-Azərbaycanca tibb terminləri lüğəti”, “Təsəvvüfün Azərbaycanda və Azərbaycan ədəbiyyatında yeri” və digər mövzularda elmi tədqiqat işlərinin cari ilin birinci yarısı üçün nəşri gözlənilir.

Bu barədə AZƏRTAC-a Şərqşünaslıq İnstitutundan məlumat verilib.

Bu ilin 6 ayında institutda 14 kitab nəşr edilib, 7 kitab hazırda çapdadır. Çap olunanlar akademik Ziya Bünyadovun seçilmiş əsərlərinin 1-ci (“Azərbaycan VII-IX əsrlərdə”) və 2-ci (Azərbaycan Atabəyləri dövləti”) cildləri, akademik Gövhər Baxşəliyevanın “Kniqa pesen” Əbu-l-Faradja əl-İsfaxani i klassiçeskaya azerbaydjanskaya literatura”, Səriyyə Gündoğdunun “XIX əsrdə yeni türk ədəbiyyatının yaranması və inkişafı”, Rəna Rzayevanın “Munisnamə” təsəvvüf ədəbiyyatının nümunəsi kimi”, Xuraman Əliyevanın “Aida İmanquliyeva Ərəb məhcər ədəbiyyatının tədqiqatçısı kimi”, Məryəm Seyidbəyli, Elxan Quliyev və Röya Mirzəbəyovanın “Fəzlullah Nəimi və hürufilik hərəkatı”, Ülkər Səmədovanın “Tənzimat dövrü türk nəsrinin formalaşmasına Qərb ədəbiyyatının təsiri”, Sevinc Nuriyevanın “Şumer ədəbiyyatı və Azərbaycan”, Səadət Şıxıyevanın “XIX əsr Qarabağ Divan ədəbiyyatı (ənənə və yenilik kontekstində)” monoqrafiyaları, Elman Quliyevin “Türk xalqları ədəbiyyatı” dərsliyi, “Professor Vilayət Cəfərov. Ömür yolu, elmi irsi, yaddaşlarda qalan izi” adlı kitab, “Şərq ədəbi-filoloji fikir tarixində Məhəmməd Füzulinin yeri” və “Şərq-Qərb kontekstində mədəniyyətlərin dialoqu” adlı məqalələr toplularıdır. Eləcə də Məhəmməd Füzulinin anadan olmasının 530 illiyinə həsr edilmiş “Dahi Azərbaycan şairi Məhəmməd Füzuli müştərək müsəlman mədəniyyətinin yetirməsi kimi” mövzusunda beynəlxalq elmi konfransın materialları”, “Şərq araşdırmaları” elmi-nəzəri jurnalı və “Şərq filologiyası məsələləri” məqalələr toplusunun növbəti buraxılışları işıq üzü görüb.

Ötən yarımildə institutun əməkdaşları ölkədə keçirilən 25 respublika və 73 beynəlxalq səviyyəli elmi konfranslarda, eləcə də xaricdə (Türkiyə, Özbəkistan, Qazaxıstan, Ukrayna, Rusiya, Rumıniya, İraq, Polşa, Moldova) keçirilən 20 beynəlxalq konfransda iştirak ediblər, onların ölkə daxilində 75 məqalə, 27 tezisi, xaricdə isə 16 məqalə və 13 tezisi çap olunub.

İnstitutun beynəlxalq əlaqələrinin həyata keçirilməsi istiqamətində Rusiya Federasiyası Müsəlmanlarının Ruhani İdarəsinin sədrinin birinci müavini, ilahiyyat elmləri doktoru, professor Damir Muxetdinovla görüş və “İslah və təcdid” kitabının təqdimatını qeyd etmək olar.

İnstitutda ötən dövrdə “Milli mübarizəmizin məntiqi nəticəsi - Konstitusiya və Suverenlik” mövzusunda respublika konfransı, “Müasir cəmiyyətdə və elmdə qadının rolu” mövzusunda elmi konfrans, “Cavad Heyət - Cənubi azərbaycanlıların mədəni-mənəvi varlığının təcəssümü kimi” mövzusunda, eləcə də professor Fərid Ələkbərlinin yaradıcılığına həsr olunmuş elmi sessiyalar keçirilib.

Həmçinin institutda “Qəhrəmanlıq mübarizəmizin silinməz səhifəsi – 20 Yanvar”, “Müasir Azərbaycan gəncləri: reallıqlar, perspektivlər”, “Xocalı qətliamı - XX əsrdə xalqımıza qarşı bəşəri cinayət”, “Milli kimliyin formalaşmasında elmi tərəqqinin rolu”, “Çoxəsrlik tariximizin Heydər Əliyev zirvəsi”, YAP Neftçala rayon təşkilatı ilə birgə Neftçalada “Suveren Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəridir” adlı tədbirlər keçirilib.

Müasir dövrün tələbatlarına uyğun olaraq, institut əməkdaşlarının beynəlxalq elektron resurslara çıxışı genişləndirilir. “Google Scholar”da institut əməkdaşlarının məqalələrin sayı 1309, istinadların sayı 767, “ResearchGate”də müvafiq olaraq 225 və 40, “Academia.edu”da 360 və 210, “Scopus”da 23 və 7-dir.

İnstitutda fəaliyyət göstərən Müdafiə şurasında türk xalqları ədəbiyyatı ixtisası üzrə 1 elmlər doktorluğu, 2 fəlsəfə doktorluğu, dünya ədəbiyyatı (ərəb ədəbiyyatı) ixtisası üzrə 1 fəlsəfə doktorluğu olmaqla, ümumilikdə 4 dissertasiya müdafiə edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 İyul 2025 16:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see202

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see175

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see158

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see152

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see151

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see150

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see145

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see132

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see132

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see131

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri