Sertifikasiya şəhadətnaməsi ləğv olunan həkim dərs keçə bilər?
Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.
Səhiyyə naziri Teymur Musayev bir qrup cərrahın lisenziyasının ləğv edilməsi ilə bağlı əmr imzalayıb. Lisenziyası ləğv edilən tibb işçilərinin siyahısında Rəna Quliyeva da yer alıb. Maraqlı məqam isə həmin həkimin dərs deməsi ilə bağlıdır. Sertifikasiya şəhadətnaməsi ləğv olunan həkim dərs keçə bilər?
Səhiyyə Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sertifikasiya şəhadətnaməsi həkimin praktik tibb fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edir.
"Praktik tibb fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən sertifikasiya şəhadətnaməsi ləğv olunan hər hansı həkimin ixtisasına uyğun dərs deməsi üçün qanunvericilikdə heç bir qadağa yoxdur" , - nazirlikdən bildirilib.
Aygün Mirakif
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 07 Fevral 2025 21:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















