Icma.az
close
up
RU
Şərtlər bəlli, mövqe konkret: “Sülh istəyən güllə atmaz”

Şərtlər bəlli, mövqe konkret: “Sülh istəyən güllə atmaz”

Ayna saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Deputat: “Bakını İrəvanla tələm-tələsik sülh sazişi imzalamağa heç nə və heç kim vadar etmir, edə də biməz”

Ermənistanın Baş nazir Nikol Paşinyan yenidən sülhlə bağlı bəyanat səsləndirib. Dünən Ermənistan Parlamentində çıxışı zamanı Baş nazir deyib ki, “müharibə üçün heç bir əsas yoxdur”. Onun sözlərinə görə, “Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü, suverenliyini, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını, güc tətbiqinin və güc tətbiq etmə hədəsinin yolverilməzliyini tanıyıb”.

Baş nazir Ermənistan və Azərbaycanda fəaliyyət göstərən bütün qüvvələri son dərəcə məsuliyyətli olmağa, sülh məntiqinə birbaşa və ya dolayısı ilə zidd olan bəyanatlar verməməyə və bu məntiqi şübhə altına almamağa çağırıb.

 “Müharibə üçün heç bir perspektiv yoxdur”, Paşinyan əlavə edib.

Baş nazirin sözlərinə görə, Ermənistan və Azərbaycan xalqları sülhə və dinc yanaşı yaşamağa layiqdirlər: “Müharibə olmayacaq, sülh olacaq”.

Paşinyanın sözügedən bəyanatının mahiyyətini AYNA.AZ-a şərh edən Milli Məclisin deputatı Rasim Musabəyov deyib ki, Ermənistan tərəfi sülh istəyirsə, zəhmət çəkib Azərbaycanın tələblərini, şərtlərini yerinə yetirsin:

- Həmin tələbləri qısa müddətdə yerinə yetirə bilmirlərsə, konkret vaxt istəsinlər. Azərbaycana tələsik sülh sazişi imzalamaq lazım deyil. Bakını İrəvanla tələm-tələsik sülh sazişi imzalamağa heç nə və heç kim vadar etmir, edə də biməz. Şərtlər bəllidir, izahat verilib. Əgər Ermənistan bu məsələni oyuna çevirmək istəyirsə, buyursun. Görək bu oyunlarının nəticəsində nə qazanacaqlar? Məsələnin mahiyyəti aydındır: Ermənistan Konstitusiyasında “Müstəqillik Bəyannaməsi”nə istinad var. Həmin sənəddə deyilir ki, “biz Ermənistan SSRİ-nin və Dağlıq Qarabağ ermənilərinin iradəsi ilə müstəqil Ermənistanı elan edirik”. Bu, birmənalı olaraq, Azərbaycana qarşı ərazi iddiasıdır. Zəhmət çəksinlər Konstitusiyada bu bəndi dəyişdirsinlər. Referendum üçün zaman lazımdır, o zaman Paşinyanın parlamentdəki çoxluq təşkil edən partiya nümayəndələri yığışsınlar, qanun qəbul etsinlər ki, Konstitusiyada “Müstəqillik Bəyannaməsi”nə istinadı ləğv etsinlər. Bunu etmirlər, amma tezliklə sülh sazişi imzalamağa hazır olduqlarını bəyan edirlər. Deyirlər ki, “Müstəqillik Bəyannaməsi”nin guya Konstitusiyaya aidiyyəti yoxdur. Necə yəni yoxdur, açıq-aşkar iddia var.

- Daha bir şərt isə Minsk Qrupunun ləğvi ilə bağlı ATƏT-ə müraciətdir ki, Paşinyan saziş imzalanan vaxt bu müraciətin imzalanmasının Bakıya təklif edildiyini dedi...

- Bu da yanlış yanaşmadır. Bakının Minsk Qrupunun ləğvi ilə bağlı İrəvana dünən verilməyib ki... Bu qədər müddətdə Ermənistan niyə ATƏT-ə birgə müraciət barədə addım atmadı, Bakının təklifinə “hə” demədi? İndi deyirlər ki, sülh sazişini imzalayaq, sonra müraciət edərik. Axı Ermənistana etimad yoxdur. Saziş imzalanandan sonra Minsk Qrupunun ləğvi ilə bağlı müraciətə razı olacağı məlum deyil. Bu müddətdə təklifə müsbət cavab verməməklərinin səbəbi odur ki, Minsk Qrupunun vasitəsilə münaqişəni beynəlxalq gündəlikdə saxlasınlar. Azərbaycanın konkret mövqeyi var: Qarabağ məsələsi beynəlxalq gündəlikdən çıxmalıdır. Ermənistan bundan boyun qaçırırsa, deməli Azərbaycana qarşı iddialarından əl çəkməyiblər. Sadəcə iddialarının arxasında indi dayana bilmirlər, amma nə vaxtsa, güclənəndən sonra yenidən mənfur iddialarını gündəmə gətirəcəklər. Yenə deyirəm, İrəvan sülh sazişinin imzalanmasını həqiqətən istəyirsə, bunda səmimidirsə, o zaman Azərbaycanın konkret şərtlərini icra etməlidir.

- Ermənistan rəsmiləri bəyan ediblər ki, Konstitusiyada dəyişiklik üçün referendum keçiriləcək. Hətta Konstitusiyada islahatlar üçün müvafiq komissiya da yaradılıb. Bəs niyə referendumu gecikdirirlər?

- Mənə elə gəlir ki, Paşinyan hakimiyyəti hələlik referendum keçirmək iqtidarında deyil. Çünki onun rəqiblərinin, erməni müxalifətinin referendumu pozmaq üçün xeyli imkanları var. Sabah müxalifət deyəcək ki, Paşinyan Azərbaycanın tələbi ilə referendum keçirir. Bundan sonra ehtimal böyükdür ki, ermənilər səsverməyə lazımi sayda gəlməsinlər, referendum baş tutmasın. Bundan sonra gərək Paşinyan özü də, hökuməti də istefa versin. Referendumun baş tutmaması Paşinyanın vəziyyətini xeyli çətinləşdirəcək. Paşinyan da vəzifəsini itirmək istəmir, gözləyir ki, yenidən seçkilər keçirilsin, qalib gələndən sonra referendum keçirsin. Qalib gəlməsə isə onsuz da referendum keçirilməsi arxa plana keçəcək. Çünki Konstitusiyada islahatlar məhz Paşinyan hökumətinin ideyasıdır. İndi referendum keçirmədən sülh sazişinin imzalanmasında ona görə maraqlı ola bilərlər ki, referendumda Konstitusiyada “Müstəqillik Bəyannaməsinə” istinad maddəsini götürməsinlər. Azərbaycana isə şərtlərinin yerinə yetirilmədən sülh sazişi imzalamaq maraqlı deyil və bu, olmayacaq.

- Paşinyan onu da bildirib ki, “müharibə yox, sülh olacaq”. Digər yandan isə demək olar hər gün şərti sərhəddə atəşkəsi pozurlar...

- Baxın, bununla Paşinyan növbəti dəfə ikiüzlülük edir. Əgər müharibədə, qarşıdurmada maraqlı deyillərsə, o zaman niyə şərti sərhəddə təxribata əl atılır? Məntiq onu deyir ki, müharibə istəməyən güllə atmaz. Yaxud da, sülh istəyən güllə atmaz. Amma ermənilər hər gün Azərbaycan əsgərinə, Azərbaycan Ordusunun mövqelərinə atəş açır. Düzdür, atəş açdıqlarını etiraf etmirlər, amma bölgədə toqquşmada maraqlı olduqlarını təxribatla göstərirlər. Bəlkə Ermənistan silahlı qüvvələrində Paşinyanın əmrini yerinə yetirmək istəməyən hərbçilər var. Amma bu da Azərbaycanın problemi deyil. Azərbaycan hər zaman bəyan edib ki, təxribatların qarşısı qətiyyətlə alınacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://ayna.az
archiveBu xəbər 16 Aprel 2025 10:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see252

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see229

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see212

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see210

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see203

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see190

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see180

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see173

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see166

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see163

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see142

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see142

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see141

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see140

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri