“Şərurlu İsfəndiyar” əyri yolla necə pul qazandığından danışdı
Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundov “Zarafat bir yana” verilişində atasından və övladlarına münasibətindən danışıb.
İ.Axundov bildirib ki, sahə ustası işlədiyi vaxtlarda da kifayət qədər imkanlı olub. O, qazancının bir hissəsini atasına verdiyini, lakin pulun əldə olunma formasının atasını narahat etdiyini deyib:
“Mən sahə ustası işləyəndə də çox imkanlı adam olmuşam. Atam yanıma gələndə pulu uzadırdım ki, nə qədər istəyirsən götür.
Gülürdü, çox xoşuna gəlirdi. Atam sağ olanda evə çox pul gətirəndə qorxurdu və məni söyürdü. Çünki o pulu evə əyri yolla gətirirdim. Elə yolla qazanırdım ki, bunu heç yerdə demək olmaz. Mən həmişə deyirəm ki, dünyada tam düzgün adam tapmaq olmaz.
Hamı oğurluq edə bilər, amma nisbət məsələsi var. Atam mənə qarşı qəddar olmasaydı, bu səviyyəyə gəlib çıxmazdım”.
“Cebheinfo.az”-a açıqlamasında İsfəndiyar Axundov verilişdə səsləndirdiyi “pulu əyri yolla gətirirdim evə” ifadəsinə aydınlıq gətirib.
O bildirib ki, həmin dövrdə iş icraçısı (“prorab”) işləyib və onun tabeliyində 50-70 nəfər olub: “O vaxt mən prorab işləyirdim, yəni iş icraçısı. Yanımda 50-70 nəfər işləyirdi. Onlara pul verirdik.
Onlar aldıqları pulun bir hissəsini ayın başında bizə verirdilər. Sovet dövründə elə idi. Belə bir şey var idi. Atam da bundan narahat olurdu. Deyirdi ki, alıb gətirmə”.
Əfsanə Rəcəb
“Cebheinfo.az”
Açar sözlər: “Şərurlu İsfəndiyar” pul
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 12 Avqust 2026 17:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















