Şərurlu xalq pəhləvanının rekordlar kitabında FOTO
Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.
Altmış üç yaşlı şərurlu xalq pəhləvanının bir çox güc nömrələri, xüsusən də yüksək ağırlıqları ən kiçik barmağı ilə ram etməsi ictimaiyyət tərəfindən böyük maraqla qarşılanır.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Modern.az-a Naxçıvan bürosuna bildirilib ki, pəhləvanın nail olduğu göstəricilərdən biri artıq rəsmi rekord kimi qeydə alınıb.
Əliyar Musayevin adı bu yaxınlarda Avropanın, MDB-nin və Rusiyanın rekordlar kitabına düşüb. Bundan başqa, pəhləvan “Rusiya rekordlar kitabı”nın “Qızıl ulduz” nişanı ilə təltif olunub. Pəhləvanın bu uğuru 2023-cü il avqustun 22-də Keşlə dəmir yolu stansiyasında ümumi çəkisi 71 ton 250 kiloqram olan qatarı (3 vaqon) dartmasına əsasən qiymətləndirilib. Mükafatlar hər üç kitaba baş redaktorluq edən Aleksey Svistunov tərəfindən Moskva şəhərində təqdim olunub.
Xatırladaq ki, 2023-cü ildə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, Naxçıvan Dəmiryol Vağzalının dəstəyi ilə Əliyar Musayevin pəhləvanlıq proqramı izlənilmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 16 Yanvar 2025 17:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















