Icma.az
close
up
RU
Sərxoş kişi keçmiş arvadının “Tik Tok”da fotolarını gördü, gecəyarısı... TƏFƏRRÜAT

Sərxoş kişi keçmiş arvadının “Tik Tok”da fotolarını gördü, gecəyarısı... TƏFƏRRÜAT

Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Abşeron rayonunda 1978-ci il təvəllüdlü Rasim ailə münaqişəsi zəminində keçmiş həyat yoldaşı Nəcibəyə (adlar şərtidir – red.) xəsarət yetirib. 
Demokrat.az
-ın əldə etdiyi xəbərə görə, hadisə ötən ilin iyunun 1-də baş verib. 
Xırdalan şəhər sakini Rasim həmin gün gecəyarısı yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində keçmiş arvadı Nəcibənin “Tik Tok” sosial şəbəkəsində gözlərinin çəkilmiş şəkillərini yerləşdirdiyini görüb. 
O, arvadının yaşadığı mənzilə gəlib və bu səbəbdən qısqanclıq zəminində onunla mübahisə edib. 
Mübahisə zamanı “Sədərək” Ticarət Mərkəzindən əldə etdiyi ov bıçağı ilə Nəcibənin sol əl nahiyəsinə zərbə vurub. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rasim ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 
O, ifadəsində göstərib ki, 1980-cı il təvəllüdlü Nəcibə onun keçmiş həyat yoldaşıdır” Nəcibə ilə 2018-ci ildə Abşeron Rayon Məhkəməsinin qərarı ilə boşanıb:
“Biz 2003-cü il tarixdə ailə həyatı qurmuşduq və birgə nigahımızdan 2004-ci il təvəllüdlü və 2007-ci il təvəllüdlü – iki oğlumuz dünyaya gəlib. 
Biz ayrıldıqdan bir il sonra Nəcibə səhv etdiyini və yenidən birləşməyi, birlikdə yaşamağımızı təklif etdi. Keçmiş arvadım çox peşman olmasını bildirdiyindən onu bağışladım. Boşanmağımıza baxmayaraq 2023-cü ilə kimi birlikdə yaşadıq”. 
Müttəhimin bildirdiyinə görə, sonradan keçmiş arvadı ilə aralarında yenidən mübahisələr yaranıb: 
“Bu səbəbdən Xırdalan şəhəri Quşçuluq massivi Osman Sarıvəlli küçəsində özümə 2 otaqlı ev aldım və 2023-cü ildən həmin evə köçərək orada yaşamağa başladım. Mayın  31-də “Tik-Tok” sosial şəbəkəsində Nəcibənin gözlərinin çəkilmiş şəkillərini gördüm. Bunun mənə qarşı xəyanət olmasını düşündüm və məsələni aydınlaşdırmaq üçün onun yaşadığı evə getdim. 
İyunun 1-də, gecə yarısı Nəcibənin yaşadığı evin qapısını döydüm. Keçmiş həyat yoldaşım qapını açdı. Telefonumda olan şəkilləri göstərərək nə üçün belə etdiyini söylədim. Əsəbi halda özüm ilə gətirdiyim bıçaqla onu vurmaq üçün atdım. Bu zaman Nəcibə qabağa vermiş olduğu əlinə bıçaqla xəsarət yetirmişəm. Yəni bıçağı ona tərəf atmışam”. 
İş üzrə zərərçəkmiş Nəcibənin sözlərinə görə, onlar ayrıldıqdan bir il sonra aralarında evlə bağlı çox sayda çəkişmələr başlayıb: 
“Mən məcburiyyətdən Rasimlə eyni ünvanda birlikdə yaşasaq da, tez- tez aramızda mübahisələrimiz olub. 2023-cü ilə kimi birlikdə yaşadıq. Sonradan aramızda yenidən mübahisələri yarandı. 
Bu səbəbdən keçmiş ərim 2023-cü ildə təkrar məni döydüyünə görə sonuncunun barəsində polisə şikayət etdim. Ona Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə iş başlanıldı və məhkəməyə verildi, barəsində hökm oxundu”. 
Zərərçəkmiş qeyd edib ki, iyunun 1-də, gecəyarısı evdə olan zaman qapının döyüldüyünü eşidib: 
“Qapını açan zaman heç bir səbəb olmadan Rasim evə daxil oldu və özü ilə gətirdiyi bıçaqla mənə hücum etdi. Bıçaqla mənə  xəsarət yetirəcəyini gördüm və əlimi qabağa verdim. O, da əlindəki bıçaqla məni vurdu. Həmin vaxt əlindəki bıçağı tutdum və ondan həmin bıçağı bədənimə vurmamasım çox xahiş etdim. Onun əlindəki bıçağı tutaraq saxladım ki,  başqa bir xəsarət yetirməsin. Rasim yenidən bıçağı geri çəkərək əlimə xəsarət yetirdi”. 
Bu cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb. 
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 128-ci maddəsi üzrə təqsirli hesab edilib, cinayət işinə həmin maddə üzrə xitam verilib. 
O, cinayət məsuliyyətindən azad edilib.
O, Cinayət Məcəlləsinin 228.4-cü (qanunsuz olaraq odlu silah gəzdirmə) maddəsi ilə təqsirli bilinib və 7 ay müddətə azadlıqdan məhrum edilib. 
Fariz Məlikli
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 04 İyul 2025 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see202

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see175

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see159

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see155

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see154

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see151

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see145

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see135

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see133

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see131

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see128

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri