Sərxoş kişi qəfəsdən şirləri buraxdı: Başına görün nə gəldi
Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Meksikanın San-Pedro-Çolula şəhərində naməlum şəxs keçmiş sirk heyvanları üçün mərkəzdən xilas edilib.
Ölkə.az xəbər verir ki, kişinin mərkəzə sərxoş vəziyyətdə girdiyi güman edilir. İçəri girdikdən sonra o, şir qəfəslərinə yaxınlaşıb onları açıb. Buraxılan şirlərdən ikisi dərhal kişiyə hücum edib.
Aldığı xəsarətlərə baxmayaraq, o, şirlərlə mübarizə aparıb boş qəfəslərdən birində gizlənməyi bacarıb. Lakin şirlər ətrafda gəzən bir iti öldürüblər.
Xilasedicilər qəfəsin içərisində cırıq paltarlı bir kişi tapıblar. Onu xəstəxanaya aparıblar və şirləri yerlərinə qaytarıblar. Heyvanlar kişinin qollarına və üzünə ciddi xəsarətlər yetiriblər. Polis hazırda onun şəxsiyyətini müəyyən etməyə çalışır.
Kişi ötən həftə bir qrup cinayətkarın hasarda açdığı dəlikdən müəssisəyə daxil olub. Cinayətkarlar mərkəzdən bir neçə heyvan oğurlamağa cəhd etsələr də, həbs olunublar.(lent.az)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:164
Bu xəbər 19 Mart 2026 04:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















