Sərxoş şəxs taksi sürücüsü ilə mübahisə edib ətrafı güllələdi VİDEO
Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ankarada alkoqollu vəziyyətdə olan M.K. adlı şəxs taksi sürücüsü ilə yaşadığı mübahisədən sonra üzərində daşıdığı silahla 3 dəfə havaya atəş açıb.
Avtosfer.az türk mediasına istinadən xəbər verir ki, hadisə 16 noyabr gecəsi Çankaya rayonunun Sokullu Mehmet Paşa məhəlləsində baş verib. Məlumata görə, Kızılaydan taksiyə minən və alkoqolun təsiri altında olduğu deyilən M.K. telefonunun olmadığı iddiası ilə sürücü H.H.K. ilə mübahisəyə başlayıb.
Mübahisə böyüdükdən sonra M.K. üzərindəki silahı çıxarıb. Taksi sürücüsü H.H.K. yardım almaq üçün avtomobili yolüstü başqa bir taksi dayanacağına sürüb. Bu anda M.K. silahla 3 dəfə atəş açıb. Hadisə anı dayanacağın təhlükəsizlik kamerasına da düşüb.
Polis qrupları hadisə ilə bağlı araşdırma apararaq M.K.-nı saxlayıb.
Şübhəlinin sərbəst buraxıldığı bildirilib./Sonxeber
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:14
Bu xəbər 20 Noyabr 2025 21:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















