Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

Serialdakı Arda illər sonra (Foto)

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

İran Prezidenti: Amerikaya etibar etmirik

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

Sərxoşla Fəlakətin faciəsi KÜNCDƏN BAXIŞ

Sərxoşla Fəlakətin faciəsi KÜNCDƏN BAXIŞ

Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

Elçin Bayramlı

Bu il Azərbaycanda uşaqlara ən çox qoyulan populyar adlar açıqlanıb. Əvvəlki dövrlərdən fərqli olaraq bu il oğlanlara ən çox qoyulan adlar sırasına yeni ad- Miran adı daxil olub. Məhəmməd adı isə populyar adlar sırasından çıxıb. Qızlara ən çox qoyulan adlar sırasına yeni ad- Alisa adı daxil olub, Mələk adı isə populyar adlar sırasından çıxıb. Göründüyü kimi, ənənəvi və milli adlarımız getdikcə sıradan çıxır, yerini mənası bilinməyən qondarma əcnəbi adlar tutur.

"Nə olacaq ki?" deyib keçməyin. Ad məsələsi çox vacib məsələdir. adın bir mənəvi yükü, bir psixoloji təsiri, bir energetikası var. Adlar milli mədəniyyətin ən əsas komponentlərindən biridir. Bir növ milli identifikasiya sistemidir. Hər bir xalq, millət, öz tarixi adları ilə də tanınır və bu seçim yüz illərlə, min illərlə davam edən bir irsə dayanır. Yaxşı olar ki, biz özümüzün milli adlarımızı itirməyək, yaşadaq və mənası yaxşı, səslənişi rahat olan adlara üstünlük verək. Çox təəssüf ki, son vaxtlar başqa tendensiyalar baş verir, bu da əsasən əcnəbi dillərdən mənşəyi, mənası məlum olmayan adların uşaqlara qoyulmasıdır, hətta bəzilərinin mənası neqativ bir məna daşıyır. Belə adlardan uzaq durmaq lazımdır. Çalışmaq lazımdır ki, öz milli mədəniyyətimizə və mənəvi irsimizə uyğun adlar qoyaq. Yeni adları da öz sözlərimizdən istifadə etməklə yaratmaq olar. Başqa dillərdən də götürmək olar. Amma heç olmasa, səslənişi, mənası, qəbul edilməsi dilimizə uyğun adlara üstünlük vermək olar.

Ümumiyyətlə, ad seçərkən dəbə fikir vermək lazım deyil, yəni seriallarda , filmlərdə nə ad görüb onu götürüb uşağa qoymaq düzgün deyil. Ad insanın həyatına da müəyyən bir təsir göstərir. Bu baxımdan valideynlər dəblə yox, mənəvi kökü olan, yaxşı mənası olan müsbət adlara üstünlük verməlidir. Qondarma adlar 3 il, 5 il dəbdə olur, sonra dəbdən düşür, mənasız bir ad kimi qalır. Ad seçərkən kriteriyalar elə olmalıdır ki, biz milli köklərimizdən uzaqlaşmayaq. Əsasən Azərbaycana aid adlar qoyaq. Məsəslən, təbiətdən götürülmüş adlar, ruhani şəxslərin adları, milli mədəniyyətimizə aid olan sözlərdən, tarixi şəxsiyyətlərimizin adları ola bilər. Bəzi adamlar tarixi coğrafi ərazilərimizin adlarından da qoyur ki, bu da normaldır. Yəni, ad elə olmalıdır ki, özündə Azərbaycanlılığı daşısın, kökə bağlı olsun, nəinki qondarma süni adlar, yaxud seriallardan götürülən çox vaxt mənasını billmədikləri adlar olsun.

Bəzən mənası çox pis olan adlar qoyulur uşağa. Məsələn, şəxsən mən Fəlakət, Sərxoş adlı adamlar tanıyıram. Bu adlar həmin insanların həyatında ciddi problem yaradır. Onlar başqaları tərəfindən lağa qoyulur. Bəziləri böyüyəndə adını sonradan dəyişməyə məcbur olur. Bu da əlavə problemlər yaradır. Yəni bu məsələyə ağılla, şüurla və milli-mənəvi dəyərlər üzərindən yanaşılmalıdır. Azərbaycan irsinə, milli mədəniyyətimizə, mənəviyyata aid, təbiətimizə, tariximizə aid bu kimi adları yaşatmaq lazımdır ki, milli irsimizi itirməyək. Min illərdir gələn adlar sistemini dəyişib əcnəbi adlara keçsək, tarixlə əlaqəmiz qalmaz, yəni xalqımızın əvvəlki əsrlərdə olan adları ilə indikilərin adları uyğun gəlməz. Sanki başqa-başqa millətlərdən söhbət gedir. Ona görə bu məsələ çox vacibdir. Bununla bağlı maarifləndirmə də, müəyyən izahat işləri də aparılmalıdır. Valideynlərə də izah olunmalıdır ki, mümkün qədər düzgün adlar seçilsin.

Bu yaxınlaradək uşaqlara biabırçı və mənfi məna doğuran adların verilməsi müşahidə olunurdu və bu, narahatedici idi. Bir neçə il öncə bu istiqamətdə qaydaların tətbiqinə başlanıldı. Bu, müsbət addımdır. Artıq mənfi mənalı adların uşaqlara verilməsinin qarşısı alınır və bu proses davam etməlidir.

Təəssüf ki, bəzi valideynlər bu məsələni düzgün qiymətləndirmir və “ürəyim belə istəyir” deyərək, uşaqlarına uyğun olmayan adlar qoyurlar. Bu isə uşaqların gələcək həyatında psixoloji narahatlığa, bəzən isə məsxərəyə səbəb olur. Uşaq ömrü boyu bu adın yükünü daşıyır. Ona görə də bu məsələyə ciddi yanaşılmalı, həm maarifləndirmə aparılmalı, həm də inzibati tənzimləmə vasitəsilə qəbulolunmaz adların qoyulmasının qarşısı alınmalıdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:181
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 15 Dekabr 2025 11:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see351

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see347

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see335

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see294

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see263

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see229

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see209

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see197

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see191

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see188

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see187

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see185

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see176

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see173

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see173

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see173

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see162

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see161

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see161

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri