Şerzod Xocayev sentyabrda Azərbaycanla neft və neft məhsullarının tədarükünü müzakirə edəcək
Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Sentyabrın ilk ongünlüyündə Özbəkistanın energetika naziri Şerzod Xocayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri gözlənilir.
Moderator.az xəbər verir ki, bu barədə "Spot" Özbəkistan Energetika Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Səfər çərçivəsində Azərbaycanın Energetika Nazirliyi və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə iki dövlət başçılarının qarşıya qoyduğu vəzifələrin icrası ilə bağlı danışıqların aparılması planlaşdırılır.
Qurumdan nəşrə bildiriblər ki, Azərbaycanla əməkdaşlıq xammal tədarükü, emal, hazır məhsul istehsalı, texnoloji təcrübə mübadiləsi və dayanıqlı logistika zəncirlərinin yaradılmasını əhatə edə bilər.
"Özbəkistan üçün bu, daxili bazarın təchizat etibarlılığını artırmağa və tədarük mənbələrini şaxələndirməyə, Azərbaycan üçün isə Mərkəzi Asiya bazarında iştirakını genişləndirməyə və uzunmüddətli sənaye kooperasiyasını inkişaf etdirməyə imkan verəcək", - Energetika Nazirliyindən bildiriblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:191
Bu xəbər 27 Avqust 2026 16:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















