Icma.az
close
up
RU
Səs vibrasiyaları Alzheimer xəstəliyinin inkişafını ləngidə bilər Araşdırma

Səs vibrasiyaları Alzheimer xəstəliyinin inkişafını ləngidə bilər Araşdırma

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Çin Elmlər Akademiyasının alimləri müəyyən ediblər ki, 40 hers tezliyində səs stimulyasiyası beynin Alzheimer xəstəliyi ilə əlaqəli zərərli zülallardan təmizlənməsinə kömək edir.

Redaktor.az xəbər verir ki, tədqiqatın nəticələri "Proceedings of the National Academy of Sciences" elmi jurnalında dərc olunub.

Alzheimer xəstəliyi yaddaşın, düşünmə qabiliyyətinin və nitqin tədricən zəifləməsi ilə müşayiət olunan ağır nevroloji xəstəlikdir. Xəstəliyin əsas mexanizmi beyində beta-amiloid adlı toksik zülalın yığılması hesab olunur. Bu zülal sinir hüceyrələrinin ətrafında lövhəciklər əmələ gətirərək onların fəaliyyətini pozur və zamanla sinir toxumasının məhvinə səbəb olur.

Təcrübə artıq amiloid çöküntüləri formalaşmış, 26–31 yaş arası rezus makakları üzərində aparılıb. Heyvanlar qruplara bölünüb və qruplardan biri bir həftə ərzində hər gün bir saat olmaqla 40 hers tezliyində səs stimulyasiyasına məruz qalıb.

Aparılan müşahidələr göstərib ki, stimulyasiya olunan heyvanların onurğa beyni mayesində beta-amiloidin miqdarı üç dəfədən çox artıb. Bu isə toksik zülalın beyin toxumasından aktiv şəkildə xaric edildiyini göstərir. Müsbət təsirin ən azı beş həftə davam etdiyi müəyyən edilib.

Alimlər əldə olunan nəticələrin qeyri-invaziv səs terapiyasının Alzheimer xəstəliyinin inkişafını ləngitmək üçün perspektivli üsul ola biləcəyini göstərdiyini bildirirlər. Bununla belə, metodun insanlar üzərində tətbiqindən əvvəl onun təhlükəsizliyi və effektivliyi ilə bağlı əlavə araşdırmaların aparılmasının vacib olduğu vurğulanır.

Nuriyyə NATİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 15 Yanvar 2026 14:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri