Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Tarixin səssiz qadınları 1 ci yazı

Tarixin səssiz qadınları 1 ci yazı

Sitat.info portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Güzgü qarşısındakı inqilab – Mabel Uilyams

Tarix çox vaxt ixtiranın adını xatırlayır, amma ona səbəbkar olanın səssiz cəhdi unudulur. XX əsrin əvvəllərində kosmetika bu gün bildiyimiz kimi əlçatan, adi bir şey deyildi. Gözəllik - qadınların evdə, gizlincə, öz üsulları ilə yaratdığı bir hal idi. Mabel də onlardan biri idi. Onun böyük planı yox idi. Nə bir brend qurmaq, nə də tarixə düşmək arzusu. Sadəcə sevdiyi oğlanın diqqətini çəkmək istəyirdi.

Mabel güzgü qarşısında sadə, amma riskli bir üsula əl atdı: vazelinlə kömür tozunu qarışdırdı. Bu qarışığı kirpiklərinə sürtürdü ki, baxışları daha dərin, daha tünd, daha “görünən” olsun. Bu, bir qadının gündəlik, səssiz cəhdi idi. Sevilmək üçün edilən kiçik, amma baxışlarına əlavə etdiyi cəsarətli bir addım idi. Bu səssiz inqilabın şahidi onu izləyən qardaşı Tomas Layl Uilyams (Thomas Lyle Williams) oldu. Mabelin bu qarışığı hər gün necə istifadə etdiyini, nəticənin necə dəyişdiyini gördü. Qardaşı bir şeyi başa düşdü: bu, sadəcə bacısının şəxsi arzusu deyil, ümumi bir ehtiyac idi.

Uilyams bu ev üsulunu daha təhlükəsiz, daha praktik hala salaraq bacısının ideyasını kommersiyalaşdırdı. Qarışığı təkmilləşdirdi, qablaşdırdı və satışa çıxardı. O, brendə bacısının adını verdi. Və beləliklə, 1915-ci ildə Çikaqoda dünyaca məşhur "Maybelline" brendi yarandı. Bəli, bu ad təsadüfi deyildi: Mabel + Vaseline = Maybelline.

Beləliklə, ilk müasir tuşun əsası qoyuldu. Brend böyüdü, sənaye yarandı, qadınların baxışları dəyişdi. Amma Mabel özü kölgədə qaldı. Tarix ixtiraçını adını yazdı, ona ilham verən qadını isə kölgədə saxladı. Mabel özü reklam olunmadı. Müsahibələr vermədi. Tarixin ön səhifələrinə çıxmadı. Onun sevgi hekayəsinin sonu bilinmədi. Mabel tarixə aşiq kimi düşmədi. Onun sevgi hekayəsinin nə adı var, nə sonu. Sadəcə, bir arzu vardı: bir baxışda daha çox görünmək.

Sevdiyi oğlanın kim olduğunu bilmirik. Bilmirik ona baxıb gülümsədi, ya da heç fərqində olmadı. Amma bilirik ki, Mabel güzgü qarşısında dayanıb kirpiklərini qaraldarkən özünə bir az cəsarət, bir az da ümid əlavə edirdi. Bəlkə o sevgi cavabsız qaldı. Bəlkə də elə sevgidən çox, sevilmək arzusu idi. Onun hekayəsi nikahla bitmədi, amma milyonlarla qadının səhərinə qarışdı. Bir tuş çəkilişi qədər qısa, amma təsiri nəsillər boyu davam edən bir iz qoydu. Mabel özü unuduldu, amma qadınların gözlərinə verdiyi vurğu yox. 

Sevdiyi kişi onu gördümü? O baxışlar dəyişdimi? Bunu tarix yazmadı. Amma Mabelin güzgü qarşısındakı o səssiz anı milyonlarla qadının gündəlik ritualına çevrildi. Bu hekayədə ixtiraçı kişi kimi xatırlanır, halbuki ilham verən bir qadının arzusu idi. Tarixin səssiz qadınları adətən belədir: özləri kölgədə qalır, amma dünyanı dəyişən işıq onlardan doğur. Tarix adətən qaliblərin adını yazır. Qadınların isə çox vaxt niyyətini saxlayır. Mabelin həyatı sənədlərə böyük bir sevgi kimi düşmədi. Onun adı döyüşlərdə, taxt-taclarda, manifestlərdə çəkilmədi. Sadəcə bir güzgü qarşısında dayanmışdı - sevilmək istəyən adi bir qadın kimi. Sevdiyi kişinin kim olduğunu bilmirik. Bilmirik ona baxanda ürəyi sürətlə döyünürdümü, ya daha çox həyəcanlanırdımı? Amma bilirik ki, o baxışın bir az daha uzun sürməsini istəmişdi.

Mabel səsini qaldırmadı. İddia etmədi. Tarixə özünü sübut etməyə çalışmadı. Amma bir detalı dəyişdi: qadınların özlərinə baxışını. Onun səssiz arzusu bir sənayeyə çevrildi. Özü
arxa planda qaldı, adı brendin içində əriyib getdi. Amma hər səhər kipriklərinə tuş çəkən qadınlar, fərqində olmadan Mabelin niyyətini təkrarladılar. Tarix onu susdurdu. Amma izi danışdı. Çünki bəzən qadınlar öz hekayələrini ucadan yox, dünyanı dəyişəcək qədər sakit yazırlar.

Bəzən inqilab səs-küylə olmur. Bəzən dəyişiklik laboratoriyada yox, evin bir küncündə başlayır. Mabel tribunaya çıxmadı, amma qadın baxışına vurğu əlavə etdi. Və bəlkə də “Tarixin səssiz qadınları” məhz belə başlayır: adı tarix kitablarında görməyən, amma izi hər səhər güzgüdə əks olunan qadınlar.

Məhluqə Nuraliyeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:146
embedMənbə:https://sitat.info
archiveBu xəbər 18 Fevral 2026 18:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see577

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see490

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see443

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see314

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see300

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see293

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see282

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see272

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see255

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see247

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see239

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see226

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see224

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see201

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see196

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see195

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see193

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see178

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see177

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri