Icma.az
close
up
RU
Səssizliyin yox, anlaşmanın dili

Səssizliyin yox, anlaşmanın dili

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

23 sentyabr – Beynəlxalq Jest Dilləri Günüdür

Gülnarə Soltanəliyeva: “Uşağın əlləri ilə söylədiyi hər söz onun dünyasından gəlir”

İnsan dilinin sərhədləri yalnız səslə ölçülmür. Bəzən bir baxış, bir əl hərəkəti, bir mimika uzun-uzadı danışılan fikirdən daha çox məna daşıyır. Jest dili də eşitmə qabiliyyəti tam məhdud olan insanların özlərini ifadə etməsi, düşüncələrini çatdırması və cəmiyyətlə ünsiyyət qurması üçün mühüm vasitədir.

Hər il sentyabrın 23-də qeyd olunan Beynəlxalq Jest Dilləri Günü jest dillərindən istifadə edən insanların hüquqlarına, təhsil və informasiya imkanlarına diqqət çəkmək məqsədi daşıyır. Bu gün bizə xatırladır ki, ünsiyyət hüququ hər bir insan üçün eyni dərəcədə vacibdir.

Uşaqlar üçün isə bu məsələ daha böyük əhəmiyyət daşıyır. Çünki dil uşağın dünyanı tanımasının, özünü ifadə etməsinin və sosiallaşmasının əsas vasitələrindən biridir. Eşitmə qabiliyyəti tam məhdud uşaq üçün jest dili yalnız ünsiyyət vasitəsi deyil, həm də təhsilə və həyata açılan yoldur.

Bu istiqamətdə dövlət səviyyəsində həyata keçirilən siyasətdə Prezident İlham Əliyevin xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil imkanlarının genişləndirilməsinə yönəlmiş addımları da xüsusi əhəmiyyət daşıyır. Onun rəhbərliyi dövründə xüsusi və inteqrasiya təlimli təhsil müəssisələrinin hüquqi bazasının təkmilləşdirilməsi, sağlamlıq imkanları məhdud şəxslərin təhsilə çıxışının genişləndirilməsi istiqamətində mühüm qərarlar qəbul edilib. Xüsusilə 2022-ci ildə imzalanan qanun dəyişiklikləri ilə xüsusi təhsil müəssisələrinin statusu dəqiqləşdirilib və müvafiq şərait yaradıldığı halda sağlamlıq imkanları məhdud şəxslər üçün inteqrasiyalı təhsilin təşkili hüquqi baxımdan təsbit olunub. Bu addımlar xüsusi təhsilin daha əlçatan və müasir tələblərə uyğun qurulmasına yönələn dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi qiymətləndirilir. 

Azərbaycanın xüsusi təhsil sistemində dövlət qayğısı ilə yanaşı, Heydər Əliyev Fondunun və Fondun prezidenti Mehriban Əliyevanın diqqəti də xüsusi qeyd olunur. Bunun konkret nümunələrindən biri məhz Bakı şəhəri 3 nömrəli internat tipli xüsusi ümumtəhsil məktəbi ilə bağlıdır. 31 yanvar 2005-ci ildə Mehriban Əliyeva bu məktəbdə olub, uşaqların təhsili və yaşayış şəraiti ilə yerindəcə maraqlanıb, dərsləri izləyib, emalatxanalar, yataqxana və yeməkxana ilə tanış olub. Məktəbin avadanlıqlarının yenilənməsinə ehtiyac olduğunu da diqqətə çatdırıb.

Bu həqiqəti hər gün məktəb həyatında müşahidə edən insanlardan biri də Bakı şəhəri 3 nömrəli internat tipli xüsusi ümumtəsil  məktəbinin müəllimi Gülnarə Soltanəliyevadır.

Gülnarə müəllim həmin diqqətin xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün mənəvi əhəmiyyətini də vurğulayır: “Belə uşaqların diqqət və qayğıya ehtiyacı daha çoxdur. Onlar hiss etməlidirlər ki, cəmiyyətin bir hissəsidirlər, onların təhsili, gələcəyi və arzuları önəmlidir. Mehriban xanım Əliyevanın illər əvvəl məktəbimizə gələrək uşaqların təhsili və şəraiti ilə yaxından maraqlanması da bu baxımdan bizim üçün yaddaqalan hadisədir. Bu diqqət uşaqlara və müəllimlərə mənəvi dəstək verir.”

Müəllimin sözlərinə görə, xüsusi təhsildə əsas məqsəd yalnız uşağa dərs öyrətmək deyil, onu həyata hazırlamaqdır: “Uşağın əlləri ilə söylədiyi hər söz onun dünyasından gəlir. Müəllim həmin dili bilməklə yalnız bir fikri başa düşmür, uşağın daxili aləminə də yaxınlaşır. Onun nəyə sevindiyini, nədən narahat olduğunu, nəyi öyrənmək istədiyini görə bilirik. Buna görə jest dili bizim üçün sadəcə ünsiyyət vasitəsi deyil, uşağı tanımağın ən mühüm yollarından biridir.”

Azərbaycanın xüsusi təhsil sahəsində dövlət siyasəti də zamanla yeni mərhələlərə keçib. 2018–2024-cü illər üçün təsdiq edilmiş Dövlət Proqramında sağlamlıq imkanları məhdud uşaqların təhsilə çıxışının genişləndirilməsi, xüsusi təhsil müəssisələrinin maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlər qeyd olunurdu. Sənəddə Heydər Əliyev Fondunun xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün internat və xüsusi məktəblərin əsaslı təmiri, yenidən qurulması və müasir avadanlıqlarla təchiz edilməsində həyata keçirdiyi işlər də əksini tapıb.

Bütün bunlar göstərir ki, xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsili yalnız bir məktəbin və ya bir müəllimin işi deyil. Burada dövlət siyasəti, təhsil müəssisələri, müəllimlər, valideynlər və bütövlükdə cəmiyyətin münasibəti mühüm rol oynayır.

Gülnarə Soltanəliyeva hesab edir ki, uşağın qarşısında ilk növbədə onun məhdudiyyətlərini deyil, imkanlarını görmək lazımdır:

“Biz uşağın yalnız dərs proqramını mənimsəməsini istəmirik. Əsas istəyimiz onun həyata hazırlanmasıdır. O, öz fikrini ifadə etməli, hüquqlarını bilməli, insanlarla ünsiyyət qurmağı bacarmalı və gələcəkdə bacarıqlarını cəmiyyətə təqdim edə bilməlidir. Bunun təməlində isə ünsiyyət dayanır.”

Məktəbdə öyrənilən hər bir jest, hər bir ifadə gələcəkdə uşağın daha müstəqil həyatına çevrilə bilər. Bu gün fikrini əlləri ilə ifadə edən şagird sabah ali məktəbdə, iş yerində, ictimai məkanda və gündəlik həyatında öz sözünü demək istəyəcək.

Ona görə də jest dilinin inkişafı yalnız eşitmə qabiliyyəti tam məhdud insanların deyil, bütövlükdə cəmiyyətin məsələsidir. Müəllimlərin hazırlanması, surdotərcümə xidmətlərinin inkişafı, informasiya resurslarının əlçatanlığı və xüsusi təhsil müəssisələrinin imkanlarının genişləndirilməsi bu istiqamətdə mühüm əhəmiyyət daşıyır.

Ən əsası insanın eşitməməsi onun cəmiyyətdən kənarda qalması demək deyil. Əksinə, doğru ünsiyyət imkanları yaradıldıqda həmin insan öz bacarıqları ilə cəmiyyətə töhfə verə bilər.

23 sentyabr - Beynəlxalq Jest Dilləri Günü bizə bunu xatırladır: dil yalnız səsdən ibarət deyil. Dil insanın özünü ifadə etmək hüququdur.

Gülnarə Soltanəliyevanın sözləri ilə desək, “uşağın əlləri ilə söylədiyi hər söz onun dünyasından gəlir”.

Həmin dünyanı anlamaq isə bəzən qulaqla deyil, gözlə dinləməkdən başlayır.

Çünki əsas məsələ insanın necə danışması deyil. Əsas məsələ onun sözünün eşidilməsidir.

Nurəngiz Adilqızı
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 23 Sentyabr 2026 11:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see463

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see368

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see357

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see356

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see332

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see327

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see284

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see266

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see262

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see248

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see242

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see238

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see236

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see234

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see226

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see221

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see217

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see209

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see197

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri