Icma.az
close
up
RU
Səssizliyin icarəyə verildiyi binalar

Səssizliyin icarəyə verildiyi binalar

Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Axşam evimə gəlirəm, pəncərəni açmağa qorxuram. Ya qızartma iyi gəlir, ya da manqal tüstüsü. Bəzən isə elə səs-küy olur ki, elə bil toyxanadayıq."

Bu sözləri yalnız bir bina sakini yox, ölkənin müxtəlif şəhərlərində minlərlə insan deyə bilər. Çünki çoxmənzilli yaşayış binalarının birinci mərtəbəsində fəaliyyət göstərən restoran, kafe, çay evləri artıq təkcə xidmət obyekti deyil, sakinlərin gündəlik həyatını pozan bir narahatlıq mənbəyinə çevrilib.

Əvvəllər bu cür obyektlər daha çox mərkəzi küçələrdə yerləşirdi. Amma indi istənilən bir məhəllənin dinc gecəsi qəfil manqal tüstüsü, nərd zərinin taqqıltısı və müştəri hay-küyü ilə pozula bilər.

Əslində "yaşayış binasının birinci mərtəbəsində obyekt ola bilməz" kimi bir ümumi qadağa yoxdur. Əgər bina layihəsində bu obyektlər nəzərdə tutulubsa və ya sonradan təyinat dəyişdirilibsə, bu, qanuni sayılır. Amma təyinat dəyişikliyi ilə bağlı sənədlərin saxtalaşdırılması, yaxud ərazidəki sakinlərin razılığı olmadan həyata keçirilməsi çox yayılmış hallardır.

2022-ci ildə qəbul edilən **"İctimai iaşə obyektlərində sanitariya norma və qaydaları"**na əsasən, yaşayış binasında fəaliyyət göstərən restoranlar tüstü-təmizləmə və səsiz havalandırma sistemləri ilə təmin olunmalı, səs-küy səviyyəsi normadan artıq olmamalıdır. Amma problem buradadır ki, bu normalara kim nəzarət edir? Bir çox halda sakinlər şikayət edir, amma ya cavab gəlmir, ya da obyekt sahibi "tanışlıqla" problemi həll edir.

Lakin avropa ölkələrində bu tip obyektlər bina daxilində fəaliyyət göstərsə belə, səs, qoxu və təhlükəsizlik standartları çox sərtdir. Məsələn, Almaniyada havalandırma və tüstü sistemləri icra hakimiyyəti tərəfindən yoxlanılır və əgər qonşuluğa təsir edirsə, obyekt müvəqqəti bağlanır.

Skandinaviya ölkələrində bu tip obyektlər yaşayış binalarından uzaqda və ya səs izolyasiyalı xüsusi komplekslərdə yerləşdirilir.

Qardaş ölkə Türkiyədə isə binaların alt mərtəbəsində restoran açmaq üçün bina sakinlərinin razılığını almaq şərtdir. Əgər bina üzvlərinin 3/4-i razı deyilsə, icazə verilmir.

Unutmayaq ki, restoran və kafelər şəhər həyatının vazkeçilməz parçasıdır. Amma onların fəaliyyəti insanlara istirahət gətirməlidir, narahatlıq yox. Sakinlər öz evində qonaq kimi yaşamalı deyil. Bu məsələ təkcə gigiyena və təhlükəsizlik yox, şəhər mədəniyyəti və birlikdə yaşamağın etikası məsələsidir.

Leyla Mirzə, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 22 İyul 2025 12:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see329

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see322

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see315

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see287

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see258

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see250

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see238

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see233

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see227

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see223

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see218

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see217

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see213

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see212

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see210

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see204

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see196

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see193

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see187

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri