Səsvermə vəsiqələrinin MSKdan dairə seçki komissiyalarına verilməsi yekunlaşır
Bu həftə bələdiyyə seçkiləri ilə bağlı səsvermə vəsiqələri Mərkəzi Seçki Komissiyasından dairə seçki komissiyalarına veriləcək.
Adalet.az xəbər verir ki, bununla bağlı məsələ Mərkəzi Seçki Komissiyasının (MSK) təsdiqlədiyi "Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı"nda əksini tapıb.
Seçki Məcəlləsinə əsasən, MSK səsvermə üçün qeydiyyatdançıxma (səsvermə) vəsiqələrini səsvermə gününə azı 45 gün qalanadək DSK-lara verməlidir.
Təqvim Planında bu tarix 2024-cü il dekabrın 15-dək nəzərdə tutulub.
Baxış sayı:74
Mənbə:https://adalet.az
mərkəzi seçki
45 gün
adalet azxəbər
azı 45
azərbaycan respublikasında
bələdiyyə seçkiləri
bələdiyyə seçkilərinin
dekabrın 15
dsk lara
gün qalanadək