Icma.az
close
up
RU
ŞƏT: Daxili çatlar və Şərq Baharı nın yeni riskləri TƏHLİL

ŞƏT: Daxili çatlar və Şərq Baharı nın yeni riskləri TƏHLİL

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

"Təşkilat daxilində gizli qarşıdurmalar diqqət çəkir"


"Çin iqtisadi yavaşlama ilə üz-üzədir, Rusiya ağır sanksiyalar altındadır" 


"Orta Asiya ölkələri isə əsasən tranzit zonası kimi qalır"


"Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) son zirvə toplantısı təşkilatın gələcək rolu və regiondakı perspektivləri barədə ciddi müzakirələrə səbəb oldu. Rəsmi sənədlərdə bu qurum qərbə alternativ əməkdaşlıq platforması kimi təqdim edilsə də, əslində, onun real gücü və birliyi haqqında ciddi suallar qalmaqdadır". 


Bu barədə Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev deyib. 


Ekspert bildirib ki, əvvəla, təşkilat daxilində siyasi bloklaşma daha çox bəyanatlarla məhdudlaşır: 

"İqtisadi əməkdaşlıq istiqamətində də ciddi addımlar görünmür. Çin iqtisadi yavaşlama ilə üz-üzədir, Rusiya ağır sanksiyalar altındadır, Orta Asiya ölkələri isə əsasən tranzit zonası kimi qalır. Təhlükəsizlik sahəsində isə “terrorizm və separatizmə qarşı mübarizə” adı altında əsas hədəf daxili narazılığın susdurulmasıdır.ŞƏT ölkələrinin daxili vəziyyəti  narahatlıq doğurur. Çində gənclərin işsizlik faizi yüksəlir, orta təbəqənin həyat səviyyəsi aşağı düşür və bu da öz növbəsində  sosial narazılıq riskini artırır. Rusiyada isə slavyan dominantlığının güclənməsi qeyri-rus xalqlar arasında mərkəzdən uzaqlaşma meyillərini gücləndirir. Əfqanıstanda Taliban idarəçiliyi regional sabitlik gətirmək əvəzinə, daha çox qeyri-müəyyənlik yaradır. Nepalda baş qaldıran üsyan isə regionda sosial narazılıqların artmaqda olduğuna işarədir.Bütün bunlar fonunda “Şərq baharı” ssenarisinin yeni dalğasının ŞƏT məkanında da mümkünsüz olmadığını göstərir. “Ərəb Baharı”nı doğuran  işsizlik, korrupsiya və avtoritar idarəçilik bu gün Asiyanın böyük hissəsində də aktualdır. Müxalifətin sərt şəkildə sıxışdırılması narazılığı daha da gizli şəkildə böyüdür və partlayış riskini artırır".


Analitik qeyd edib ki, təşkilat daxilində gizli qarşıdurmalar da diqqət çəkir: 

"Rusiya və Çin formal olaraq strateji müttəfiqdir, lakin Orta Asiya üzərində nüfuz uğrunda gizli rəqabət aparırlar. Rusiya hərbi-siyasi təsirini qorumağa çalışır, Çin isə iqtisadi ekspansiya ilə regionda mövqelərini gücləndirir. Hindistan və Pakistan arasında davam edən gərginlik isə ŞƏT -nı faktiki olaraq parçalayır. Kəşmir problemi və sərhəd insidentləri təşkilatı əməkdaşlıq platforması olmaqdan çox, rəqiblərin görüşdüyü arenaya çevirir.Son illər Hindistanın Cənubi Qafqaza silah satması isə təşkilatın təsir dairəsini daha da mürəkkəbləşdirib. Dehlinin Ermənistana silah ixracı bir tərəfdən Rusiyanın bölgədəki monopoliyasını sarsıdır, digər tərəfdən Türkiyə-Azərbaycan tandeminə balans yaratmaq cəhdi kimi görünür. Bu, ŞƏT-in yalnız Asiya ilə məhdudlaşmadığını, Cənubi Qafqaz və Yaxın Şərqdə də dolayı təsirə malik olduğunu göstərir. Demokratiya, insan haqları və vətəndaş cəmiyyətinin inkişafı gündəmin kənarında qalır, əksinə, rejimlər bir-birinə legitimlik qazandırmaq üçün bu platformadan istifadə edirlər. Yekunda demək olar ki, yaxın perspektivdə ŞƏT yalnız bəyanatlar səviyyəsində fəaliyyətini davam etdirəcək. Orta müddətdə daxili böhranlar, Hindistan-Pakistan gərginliyi və Rusiya-Çin rəqabəti təşkilatı zəiflədəcək. Uzun müddətdə isə bu qurum yalnız iqtisadi inteqrasiya və sosial inkişaf proqramları ilə yaşaya bilər. Əks halda, “Şərq baharı - 2” dalğası bu regionu da bürüyəcək və ŞƏT -nı sarsıdacaq".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:210
embedMənbə:https://sherg.az
archiveBu xəbər 11 Sentyabr 2025 15:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see700

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see334

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see331

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see304

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see292

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see291

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see288

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see271

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see266

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see263

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see253

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see247

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see247

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see226

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see222

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see209

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see207

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see205

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see201

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri