Səudiyyə aviasiyası Yəmənə zərbələr endirdi
Icma.az, Moderator.az portalına istinadən məlumat verir.
Səudiyyə Ərəbistanının hərbi hava qüvvələri Yəmənin şimal-şərqində yerləşən Mərib əyalətinin Əl-Cüba bölgəsinə dörd aviazərbə endirib.
Moderator.az xəbər verir ki, bu barədə Yəməndəki "Ənsar Allah" hərəkatının husilərinə tabe olan "Al Masirah" telekanalı çıxış edib.
İtki və yaralılar barədə hələlik heç bir məlumat verilmir. Bundan əvvəl husilər ərəb respublikasının bir neçə əyalətinə edilən hava hücumlarına görə məsuliyyəti Ər-Riyadın daşıdığını bildiriblər.
Sentyabrın 8-i səhər saatlarında husilərin Səudiyyə Ərəbistanı şəhərlərinə hücumu nəticəsində qadın və uşaqlar da daxil olmaqla 73 nəfər xəsarət alıb. Məlumata görə, Əbha, Xamis-Müşayt, Cizan və Nəcran şəhərlərindəki mülki və iqtisadi obyektlər hədəfə alınıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 08 Sentyabr 2026 17:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















