Səudiyyə Ərəbistanı və ABŞ regional təhlükəsizliyi müzakirə edib
Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.
Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan və ABŞ dövlət katibi Marko Rubio regional təhlükəsizlik və sülhün təmin edilməsi səylərini müzakirə ediblər.
Xəbəri “Anadolu” verib.
Məlumata görə, iki ölkənin xarici işlər nazirləri arasında telefon danışığı olub. Söhbət zamanı tərəflər İranın dəstəklədiyi “Ənsar Allah” (Husi) hərəkatının Səudiyyə Ərəbistanının mülki və enerji infrastrukturuna hücumlarını pisləyib, Bab əl-Məndəb və Hörmüz boğazlarında gəmiçilik azadlığının təmin edilməsinin vacibliyini vurğulayıblar.
Bundan əlavə, Feysəl bin Fərhan və Marko Rubio Sudan və Livandakı vəziyyəti, eləcə də regional təhlükəsizlik və sülhün təmin edilməsinə yönəlmiş səyləri müzakirə ediblər.
Tərəflər regionda sabitliyin gücləndirilməsi üçün birgə işin davam etdirilməsinin vacibliyini təsdiqləyiblər.
P.ƏMİRCANOV
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 25 Noyabr 2026 12:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















