Səudiyyə Ərəbistanından ŞOK LGBT açıqlaması
Icma.az, Moderator.az portalına istinadən məlumat verir.
Səudiyyə Ərəbistanı elan edib ki, 2034-cü ildə keçiriləcək futbol üzrə dünya çempionatında iştirak edəcək LGBT azarkeşlərinin təhlükəsizliyi təmin olunacaq və onlar ölkədə xoş qarşılanacaqlar.
Bu barədə xarici media məlumat yayıb.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı ənənəvi olaraq sərt islami qanunlarla idarə olunan bir ölkədir və LGBT hüquqları məsələsində olduqca sərt mövqedədir. Homoseksuallıq ölkədə qanunla qadağan edilir, burada ciddi cəzalar, hətta ölüm cəzası ilə nəticələnə bilər. Buna baxmayaraq, son illərdə, xüsusilə beynəlxalq tədbirlər və qlobal diqqət çəkən layihələr kontekstində, ölkə müəyyən dəyişikliklər edir. Bunu ölkənin daha çox beynəlxalq arenada müsbət imic yaratmağa yönəltməsi ilə əlaqələndirirlər.
Belə bir addım həm də gələcəkdə Səudiyyə Ərəbistanının turizm, investisiya və beynəlxalq əlaqələrdə daha açıqlıq göstərmək istəyinin bir əlaməti kimi də qiymətləndirilir. /Musavat.com/
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 21 Dekabr 2024 13:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















