Səudiyyə Ərəbistanının xarici işlər naziri hesab edir ki, Tramp İranla müharibəyə üstünlük verməyəcək KONKRET
Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.
Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan əl Səud bildirib ki, ABŞ prezidenti Donald Trampın administrasiyası İranla silahlı münaqişəyə başlamaq niyyətində deyil.
KONKRET.az xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb: “Mən bu administrasiyanın müharibə riskini artırdığını görmürəm. Əksinə, düşünürəm ki, prezident Tramp münaqişəyə üstünlük verməyəcək.
Ümid edirəm ki, İran tərəfi onun administrasiyasının yanaşmasına nüvə proqramı ilə bağlı məsələni gündəmə gətirməklə cavab verəcək və administrasiya ilə müsbət dinamika ilə düzgün yolda qalmağımıza kömək edəcək şəkildə qarşılıqlı əlaqədə olmaq istəyib”.
İsrail və İran arasında genişmiqyaslı müharibənin mümkünlüyü barədə suala cavab verən nazir Yaxın Şərqdə mümkün qədər hər hansı silahlı münaqişədən qaçmağın vacibliyinə işarə edib.
Vəli Həsənoğlu,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:150
Bu xəbər 22 Yanvar 2025 12:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















