Səudiyyə Ərəbistanının XİN rəhbəri: İsrail Yaxın Şərq münaqişəsinin həllinə can atmır
Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Fələstin Milli Administrasiyası Yaxın Şərq münaqişəsinin həllinə rasional mövqe nümayiş etdirir, lakin İsrail böhranı həll etməyə can atmır”.
APA xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının Xarici İşlər Naziri, şahzadə Feysəl bin Fərhan Əl Səud, Ammanda keçirilən nazirlik görüşündə bildirib.
İsrailin qərarı ekstremist yanaşmanı gücləndirir
İsrail hökumətinin bəzi ərəb ölkələrinin XİN rəhbərlərindən ibarət nümayəndə heyətinin Ramalaya girişini qadağan etməsi barədə qərarını şərh edən Feysəl bin Fərhan Əl Səud bu qərarın "yalnız onun ekstremist yanaşmasını gücləndirdiyini və təsdiqlədiyini" bildirib.
"Bundan əlavə, bu qərar İsrailin münaqişənin diplomatik yolla həlli istiqamətində bütün səylərdən imtina etdiyini göstərir. Açıq-aşkar bəllidir ki, onlar yalnız zorakılıq istəyirlər", – deyə o vurğulayıb.
Fələstin Milli Administrasiyası beynəlxalq öhdəliklərini yerinə yetirir
Səudiyyə Ərəbistanının XİN rəhbəri qeyd edib ki, Fələstin Milli Administrasiyası öz öhdəliklərini yalnız fələstin xalqı qarşısında deyil, həm də beynəlxalq ictimaiyyət qarşısında yerinə yetirib və bu gün də yerinə yetirir. Onun sözlərinə görə, Fələstin-İsrail münaqişəsində Fələstin Milli Administrasiyası "rasional tərəf" kimi çıxış edir və qarşısında "heç bir həll istəməyən" tərəf durur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 01 İyun 2025 18:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















