Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Səudiyyə İranı dayandırmaq üçün Çinə üz tutur

Səudiyyə İranı dayandırmaq üçün Çinə üz tutur

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Hörmüz boğazında tankerlərə hücumlar, husilərin Səudiyyə Ərəbistanına yönələn zərbələri və Yəməndə döyüşlərin yenidən şiddətlənməsi Yaxın Şərq böhranını daha təhlükəli mərhələyə keçirib. Ər-Riyadın husilərin qarşısının alınması üçün Pekindən İrana təsir göstərməsini istəməsi isə Çinin regiondakı rolunu yenidən gündəmə gətirib.

Mövcud proseslərin siyasi və iqtisadi nəticələrini Bakıvaxtı.az-a şərh edən politoloq Züriyə Qarayeva bildirib ki, Hörmüz boğazındakı gərginliklə Yəməndə və Qırmızı dənizdə baş verənləri artıq bir-birindən ayrı proseslər kimi qiymətləndirmək mümkün deyil. Onun sözlərinə görə, Hörmüz İranın birbaşa hərbi və siyasi təsir göstərə bildiyi, Bab əl-Məndəb isə husilər vasitəsilə təzyiq yaratdığı strateji məkanlardır:

“Bu iki su yolu dünya enerji daşımaları və Asiya-Avropa ticarəti baxımından həyati əhəmiyyət daşıyır. İran hər iki istiqamətdə təzyiq imkanına malik olduğunu göstərməklə rəqiblərinin iqtisadi və təhlükəsizlik xərclərini artırmağa çalışır. Beləliklə, Yaxın Şərqdəki müharibə təkcə quru və hava əməliyyatlarından ibarət deyil, dəniz yollarına nəzarət uğrunda mübarizəyə çevrilir. Hər iki boğazda təhlükəsizlik eyni vaxtda pozularsa, böhranın təsiri regionla məhdudlaşmayaraq bütün dünya iqtisadiyyatında hiss ediləcək”.

Səudiyyə Ərəbistanının İranı dayandırmaq üçün ABŞ-yə deyil, Çinə müraciət etməsinə gəlincə, politoloq deyib ki, Ər-Riyadın Pekinə müraciəti ilk növbədə Çinin İran üzərində iqtisadi və diplomatik təsir imkanlarının nəzərə alınması ilə bağlıdır. Çin İran neftinin əsas alıcılarından və Tehranla geniş ticarət münasibətlərinə malik aparıcı dövlətlərdən biridir. Müsahibimizə görə, Səudiyyə Ərəbistanı hesab edir ki, İran rəhbərliyi Qərbin təzyiqlərinə müqavimət göstərə bilsə də, Pekinin xəbərdarlıqlarını tamamilə görməzdən gələ bilməz. Bu addım Ər-Riyadın ABŞ ilə təhlükəsizlik münasibətlərinə son qoyması demək deyil. Lakin Səudiyyə rəhbərliyi artıq təhlükəsizliyini yalnız Vaşinqtonun qərarlarından asılı saxlamaq istəmir və tərəfdaşlarını şaxələndirir.

Dediyinə görə, baş verənlər ABŞ-nin ənənəvi təhlükəsizlik çətirinin əvvəlki qədər etibarlı görünmədiyini və Yaxın Şərqdə çoxqütblü münasibətlər sisteminin formalaşdığını göstərir.

“Çin həqiqətən İranı və husiləri geri çəkilməyə məcbur edə bilərmi” sualını cavablandıran Z.Qarayeva deyib ki, Çinin İran üzərində ciddi iqtisadi təsir imkanları olsa da, bu təsirin sərhədləri mövcuddur. Pekin neft alışları, ticarət əlaqələri və diplomatik dəstək vasitəsilə Tehranın qərarlarına müəyyən təsir göstərə bilər. Lakin husilər İranın tam nəzarətində olan adi hərbi birlik deyil və onların öz siyasi maraqları da var.

Züriyə Qarayeva: Çinin İran üzərində ciddi iqtisadi təsir imkanları olsa da, bu təsirin sərhədləri mövcuddur

“Digər tərəfdən, Çin açıq təhdid və sanksiyalardan istifadə etməyə həvəsli deyil, çünki İranla münasibətlərini itirmək istəmir. Pekin gərginliyi azalda bilsə, özünü Yaxın Şərqdə real sülh və təhlükəsizlik vasitəçisi kimi təsdiqləyə bilər. Nəticə əldə edə bilməsə, bu, Çinin iqtisadi gücünün hər zaman siyasi və hərbi təsirə çevrilmədiyini göstərəcək”, - politoloq bildirib.

Həmsöhbətimiz hesab edir ki, bu qarşıdurmanın yaxın dövr üçün ən təhlükəsi tərəflərdən birinin planlaşdırılmamış addımının daha geniş regional müharibəyə səbəb olmasıdır. Tankerlərin vurulması, Səudiyyənin enerji obyektlərinə hücumlar və cavab zərbələri hadisələrin nəzarətdən çıxması ehtimalını artırır. Gəmilərin təhlükəsizlik xərcləri və sığorta haqları yüksəldikcə dünya bazarlarında neftin və digər məhsulların qiyməti də arta bilər. Hörmüz və Bab əl-Məndəb marşrutlarında problemlərin eyni vaxtda yaranması Avropa ilə Asiya arasındakı ənənəvi dəniz daşımalarını ciddi şəkildə çətinləşdirər. Onun sözlərinə gprə, belə vəziyyət Orta Dəhliz kimi alternativ quru marşrutlarının, o cümlədən Azərbaycanın tranzit imkanlarının strateji əhəmiyyətini yüksəldər.

“Bununla belə, davamlı həll yalnız hərbi güclə deyil, İran, Körfəz ölkələri, Çin və digər böyük dövlətlərin iştirak etdiyi geniş diplomatik razılaşma ilə mümkündür”, - deyə Züriyə Qarayeva bildirib.

Zülfü Məmmədov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:159
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 18 Sentyabr 2026 17:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see575

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see398

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see330

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see290

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see264

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see263

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see259

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see246

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see242

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see240

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see236

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see228

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

04 Noyabr 2026 23:16see209

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see208

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see198

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see195

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see193

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see191

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

05 Noyabr 2026 00:45see179

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri