Icma.az
close
up
RU
Səudiyyə qəzeti COP29un nəticələri barədə YAZDI

Səudiyyə qəzeti COP29un nəticələri barədə YAZDI

Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Səudiyyə Ərəbistanı Krallığının nüfuzlu qəzeti olan “Əş-Şarq əl-Avsət”də “COP29: İqlimin maliyyələşdirilməsində 300 milyard dollar razılaşdırılıb” başlıqlı yazı dərc olunub.

"Unikal' Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyinə istinadla xəbər verir ki, yazıda Bakıda keçirilmiş COP29 konfransının nəticələri, onun iqlim böhranının həllinə verə biləcəyi töhfələr, iqlim maliyyələşməsi üzrə əldə edilmiş razılaşma, eləcə də dünya liderlərinin və beynəlxalq təşkilatların rəhbərlərinin bu sənədə dair bəyanatlarına toxunulub. Qeyd olunub ki, ABŞ Prezidenti Co Bayden sənədi tarixi razılaşma adlandıraraq, onu iqlim böhranı ilə mübarizədə “vacib addım” kimi qeyd edib. BMT-nin Baş katibi Antonio Quterreş isə COP29-un nəticəsini “üzərində qurmağa imkan verən bir təməl” hesab edib.

İki həftəlik gərgin danışıqlardan sonra əldə edilən razılaşma, temperaturun rekord həddə çatacağı gözlənilən növbəti ildə qlobal istiləşməni məhdudlaşdırmaq üçün beynəlxalq səylərə təkan vermək məqsədi daşıyır. Razılaşmaya əsasən, 2035-ci ilə qədər hər il 300 milyard dollar veriləcək. Bu məbləğ gələcəkdə qlobal istiləşməyə uyğunlaşmaq üçün vəsaitə ehtiyacı olan inkişaf etməkdə olan ölkələrə gedəcək və xərcləri ödəyəcək.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil çətin danışıqlara baxmayaraq, nəticəni bəşəriyyət üçün sığorta siyasəti kimi qiymətləndirib. O əlavə edib: "Çətin bir səyahət idi, lakin biz razılığa gəldik. Bu saziş təmiz enerji bumunu artırmağa və milyardlarla insanın həyatını qorumağa davam edəcək. Amma hər hansı sığorta polisi kimi, o da yalnız sığorta haqlarının tam və vaxtında ödənildiyi halda işləyəcək”.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://unikal.az
archiveBu xəbər 27 Noyabr 2024 20:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri