Icma.az
close
up
RU
Menu

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

Bakıda “Zəfər Günü Qürur günümüz” adlı musiqili bədii proqram təqdim olunub

Yüksək qan təzyiqi yaddaşı pozur

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

Hər şeyi qazanmaq və ən yaxşı olmaq istəyirəm Barselona nın futbolçusu

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

Səudiyyədəki danışıqlar Zelenski üçün son şans olacaq The Times

Səudiyyədəki danışıqlar Zelenski üçün son şans olacaq The Times

Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Səudiyyə Ərəbistanında keçiriləcək danışıqlar Ukrayna prezidenti Volodimir Zelenski üçün ABŞ-la münasibətləri yoluna qoymaq baxımından son şans olacaq, çünki onun vəziyyəti getdikcə daha da təhlükəli görünür.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Times" yazır.  

"Ukrayna lideri anlayır ki, Donald Tramp administrasiyası ilə heç olmasa hansısa işgüzar əlaqələri bərpa etməsi həyati əhəmiyyət daşıyır. Lakin Vaşinqtondan gələn siqnallar həm məyusedici, həm də qəribədir", – nəşr qeyd edir.  

Belə ki, Konqresə müraciəti zamanı Ukrayna ilə bağlı müsbət ifadələr işlətdikdən cəmi bir neçə gün sonra Tramp bəyan edib ki, Rusiya ilə iş görmək Ukrayna ilə müqayisədə onun üçün daha asandır. Hətta o, Ukraynanın "hər halda yaşaya bilməyəcəyini" də ehtimal edib.  

Lakin yalnız bu sözlər deyil, həmçinin ABŞ-ın NATO-dakı əksər müttəfiqləri və Ukraynanı da narahat edən əsas məqam Vaşinqtonun Rusiyaya qarşı hücum xarakterli kiberəməliyyatları dayandırmaq, Ukraynaya hərbi yardımı və kəşfiyyat məlumatlarının mübadiləsini dondurmaq qərarıdır. Bu, xüsusilə Kursk vilayətində cəbhə xəttində Rusiyanın təzyiqlərinə qarşı müqavimət göstərmək baxımından Kiyevin imkanlarını ciddi şəkildə zəiflədir.  

Zelenski Vaşinqtonun tələbi ilə Trampın Ağ Evdə iştirakı ilə keçirilən uğursuz görüşə görə "təəssüf hissi" keçirdiyini ifadə edib. O, həmçinin ABŞ-a nadir torpaq elementlərinə çıxış imkanı verməyə dair razılaşmanı dərhal bağlamağa hazır olduğunu bildirib.  

Lakin The Times vurğulayır ki, bu rəmzi, lakin bahalı güzəşt Kiyevə bu kritik məqamda kömək etməyəcək. Bu, nə kəşfiyyat məlumatlarının mübadiləsinin bərpasını – rus dronlarının planlaşdırılan hücumları barədə xəbərdarlıq üçün vacib amili – təmin edir, nə ABŞ-ın gələcək sülhməramlı missiyalarda iştirakına zəmanət verir, nə də faydalı qazıntıların çıxarılması üçün ABŞ hərbi heyətinin dərhal əraziyə göndərilməsini nəzərdə tutur.  

"Ən yaxşı halda, Zelenski Rubionu Trampı Ukraynanın mövqeyini nəzərə almağa inandırmağa vadar edə bilər. Tramp isə yaxın həftələrdə Səudiyyə Ərəbistanında keçiriləcək sammitdə prezident Putinlə görüşəcək", – deyə nəşr qeyd edir.  

Ukrayna və ABŞ-ın Ciddədəki danışıqları  

The Times-in məlumatına görə, Böyük Britaniya Ukraynanı ABŞ-la danışıqların aparılması məsələsində məsləhətləndirir ki, Zelenski və Tramp arasında baş vermiş fəlakətli münaqişənin təkrarlanmasının qarşısı alınsın.  

Bundan başqa, mediada Ukraynanın Səudiyyə Ərəbistanında keçiriləcək danışıqlarda ABŞ-ı kəşfiyyat və hərbi dəstəyi bərpa etməyə inandırmağa çalışacağı bildirilir.  

Kiyev uzaqmənzilli dron və raket zərbələri, eləcə də Qara dənizdə döyüş əməliyyatları ilə bağlı Rusiya ilə qismən atəşkəs təklif etməyi planlaşdırır. O, ümid edir ki, bu addım Vaşinqtonu kəşfiyyat məlumatlarının mübadiləsinin və silah tədarükünün dondurulması barədə qərarından imtina etməyə məcbur edəcək.

Alpər

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:227
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 10 Mart 2025 14:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see398

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see349

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see293

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see260

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see259

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see254

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see247

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see240

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see224

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see220

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see215

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see204

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

02 Noyabr 2026 22:03see194

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

02 Noyabr 2026 22:10see194

Bakıda “Zəfər Günü Qürur günümüz” adlı musiqili bədii proqram təqdim olunub

02 Noyabr 2026 21:00see193

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see183

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see181

Hər şeyi qazanmaq və ən yaxşı olmaq istəyirəm Barselona nın futbolçusu

02 Noyabr 2026 23:34see175

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see169

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri