Səudiyyədən İsrailə: Fələstin dövləti qurulmadan əlaqələr qurulmayacaq
Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Səudiyyə Ərəbistanı Fələstin dövləti qurulmadan İsraillə əlaqələr qurmayacaq.
Ölkə.az xəbər verir ki, belə bir bəyanatla Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Fələstin probleminin sülh yolu ilə həllinin tapılması və Birləşmiş Millətlər Təşkilatında (BMT) iki dövlət həllinin həyata keçirilməsinə dair Yüksək Səviyyəli Beynəlxalq Konfrans çərçivəsində mətbuat konfransında çıxış edib.
Nazir Bin Fərhan bildirib ki, münaqişəyə son qoymağın və Fələstin dövlətinin yaradılmasının vaxtı çatıb.
“Fələstin və İsrail arasında sülh hərtərəfli regional sülhə nail olmaq üçün əsas qapıdır. Bölgədə təhlükəsizlik və sabitlik Fələstin xalqı üçün ədalətin təmin edilməsi, onlara qanuni hüquqlarının verilməsi ilə başlayacaq”, - o qeyd edib.
Mürtəza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 29 İyul 2025 10:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















