Icma.az
close
up
RU
Sevdiyi qadını güllələdi, oğlunun boş tabutunu basdırdı KONKRET

Sevdiyi qadını güllələdi, oğlunun boş tabutunu basdırdı KONKRET

Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

1933- cü ilin 10 dekabrında Mir Cəfər Bağırov Azərbaycan Kommunist (bolşevik) Partiyasının 1 ci katibi seçilib.

Mir Cəfər Bağırov ilk təhsilini mollaxanada alıb. Sonra onu Qusar rayonunda ləzgilər yaşayan Nəcəfkəndə müəllim təyin ediblər. İlk dəfə ləzgi qızlarını məktəbə cəlb edib. Eyni zamanda, qısa müddətdə ləzgi dilini öyrənib.

Mir Cəfər Həştərxanda işləyərkən Mariya adlı bir zadəgan qızıyla ailə qurur və bu nikahdan 1919-cu ildə Cahangir (Vladimir) adlı oğulları dünyaya gəlib.

1926-cı ildə Mariya vəfat edib. Mircəfər Bağırov 4 ildən sonra İçərişəhərdə yaşayan Yevgeniya Mixaylovna ilə ailə qurub. Bu nikahdan 1932-ci il avqustun 9-da ikinci oğlu Cen dünyaya gəlib.

Bağırov Quba qəzasının valisi Əli Zizikskinin yanında müavin kimi işlədiyi dönəmlərdə daşnaklara qarşı döyüşüb.

Böyük bacısının nəvəsi Məmmədtağı Bağırov deyir ki, o dövrə qədər Mircəfər Bağırovun qoruya bildiyi ziyalıların içərisində Üzeyir Hacıbəyov, Mikayıl Rəfili olub.

Deyilənə görə, Bağrovun sonradan təəssüfləndiyi güllələnmələrdən biri Mikayıl Müşfiqin ölümü olub. Müşfiqin ölümündən bir müddət sonra o, belə deyib:

“O uşağın günahı nə idi? Axı onu tərbiyələndirmək olardı.”

1937-ci ildə Mircəfər Bağırovun özünü də həbs ediblər. Ona 10 gün ev dustaqlığı veriblər. Bağırov böyük oğlunu çox sevib. Cahangir aviasiya məktəbində oxuyub. İkinci dünya müharibəsi başlayanda təyyarəçi olub.

Müharibədə iştirak edib və 1 il sonra yaralı halda tərxis olunub. Cahangir yararsız olmasına baxmayaraq, yenidən müharibəyə gedir. 1943-cü ilin iyun ayında qeyri-bərabər döyüşdə 7-8 alman təyyarəsini vurub, sonda yanacağı qurtardığı üçün təyyarəsini alman təyyarəsinə çırpıb. Həzi Aslanovun köməkliyi ilə onun oğlunun tabutu Bakıya göndərilib. Əslində, tabutun içərisində heç nə olmayıb. Yazılıb ki, bunu açmaq olmaz. Yasamal qəbiristanlığında dəfn mərasimi olub. Hazırda Cahangirin qəbri anası Mariya xanımın qəbrinin yanındadır.

Bağırovun ikinci evlilikdən olan oğlu Cen professor, elmlər doktoru olub. 1971-ci ildə Moskvada ailə həyatı qurub. 1978-ci il 26 apreldə onun bir oğlu olub, adını Mir Cəfər qoyub. Mir Cəfər də 2005-ci ildə Hindistanda məzuniyyətdəykən velosipeddə qəza nəticəsində həlak olub.

Mircəfər Bağırovun ilk sevgisi görkəmli pianoçu və maarifçi Xədicə Qayıbova olub. O, 3 dəfə ərdə olsa da, Bağırova heç vaxt “hə” cavabı verməyib.

Buna görə, Bağırov onu həbs etdirib və sonuncu dəfə “hə” cavabını almaq istəyib. Bu dəfə də “yox” söyləyən Qayıbovanı güllələyəndən sonra hər kəsin qarşısında hönkür-hönkür ağlayıb.

“Dağlar qızı Reyhan” mahnısının real qəhrəmanı Reyhan adlı xanım olub. 1918-ci ilin mart soyqırımlarında toy günü onun həyat yoldaşı ermənilər tərəfindən öldürülür, özü isə zorlanmasın deyə ayaqyoluna girib üstünə nəcis yaxıb və qurtula bilib. Başına dəstə toplayaraq Qubada Gəlinqaya adlı yerdə erməniləri darmadağın edib. Sonradan 1928-ci ildə antisovet damğası vurularaq, güllələnməyə göndərilərkən Mir Cəfər Bağırov onu müdafiə edib. Adı və soyadı dəyişdirilən Reyhan xanım Krıma monastra yerləşdirilib.

Bağırov 1955-ci ildə həbsə alınıb, istintaqa cəlb olunub. Məhkəmənin hökmü ilə ən ağır cəzaya – güllələnməyə məhkum edilib və rəsmi məlumata görə hökm yerinə yetirilib.
Şahidlərin sözlərinə görə, Bağırova hökm oxunduqdan sonra onun məhkəmə heyətindən yeganə bir xahişi olur; müharibədə qəhrəmancasına həlak olan oğlu Mir Cahangirin qəbrini ziyarət etmək istəyib. Məhkəmə heyəti Bağırova icazə verib. Bağırovun oğlunun məzarı ilə vidalaşması 1 saat 26 dəqiqə çəkib.

Mayın 5-də hökm icra olunur və Mir Cəfər Bağırov Bayıl həbsxanasının kimsəsizlər qəbiristanlığında dəfn olunub. Onun bacısı nəvəsinin sözlərinə görə, sonradan Bağırovun məzarındakı qalıqlar toplanılaraq vəsiyyətinə əsasən oğlu Cahangirin yanında basdırılıb.

Mənbə: Bilikli-sen

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://konkret.az
archiveBu xəbər 10 May 2026 15:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see794

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see546

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see328

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see306

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see300

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see300

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see285

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see273

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see271

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see262

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see256

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see249

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see244

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see239

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see214

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see214

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see202

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see197

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see194

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri