Icma.az
close
up
RU
Sevdiyi qadının intiharına görə iki il sonra həbs olundu Dəhşətli hadisənin DETALLARI

Sevdiyi qadının intiharına görə iki il sonra həbs olundu Dəhşətli hadisənin DETALLARI

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

2023-cü ildə İsmayıllıda 40 yaşlı Gülsüm Osmanovanın (şərti ad-soyadlı) intiharına görə barəsində cinayət işi açılmış Elxan Şıxıyev həbs edilib.

Oxu.Az "Qafqazinfo"a istinadla xəbər verir ki, 1988-ci il təvəllüdlü E.Şıxıyev Cinayət Məcəlləsinin 125, 157.2 və 221.2.2-ci maddələri (Özünü öldürmə həddinə çatdırma, mənzil toxunulmazlığını pozma, xuliqanlıq) üzrə təqsirli bilinib.

Araşdırmalar zamanı məlum olub ki, Gülsümlə Elxan arasında münasibət 2011-ci ildən yaranıb. Belə ki, Gülsümün azyaşlı övladları Elxanın müəllim işləyən anasının yanına hazırlığa gediblər. Həyat yoldaşının işlə əlaqədar evə aylarla gəlmədiyini bildirən qadınla Elxan arasında həmin vaxt münasibət yaranıb və təxminən 10 ildən artıq davam edib. Amma sonradan onların münasibəti pozulub. Gülsüm evli olan Elxandan ayrılmaq istədiyini deyəndə isə kişi qadını bir neçə dəfə döyüb, onun İsmayıllıda işlədiyi yerə gedərək başqa şəxslərin gözü qarşısında qadına zərbələr endirib. Həmin vaxt Gülsüm küçəyə çıxıb qaçsa da, Elxan onu təqib edərək mindiyi maşından zorla düşürüb və ictimai yerdə yenidən fiziki şiddət göstərib. Gülsüm həmin gün baş vermiş hadisə ilə bağlı İsmayıllı Rayon Polis Şöbəsinə məlumat verib. Qadın daxil olmuş məlumat əsasında saat 17:54-də telefon vasitəsilə polis şöbəsinə dəvət edilib.

Lakin Gülsüm polisə izahat vermək üçün çağırılması, ailəli olduğu halda digər şəxslə qeyri-rəsmi münasibətlərinin aşkara çıxması və cəmiyyət içində biabır olması ilə bağlı qarşılaşdığı şəraitlə əlaqədar, davranışında təzahür etmiş emosional gərginlik halında İsmayıllı rayonunda yaşadığı evdə özünü asıb.

Bildirilir ki, Gülsüm həmin ərəfədə yaşadıqlarına görə mənəvi-psixoloji asılılıq vəziyyətində olub. Elxan Gülsümün aralarında olan münasibətləri kəsmək istəməsinə baxmayaraq, ondan əl çəkməməklə, sonuncuya fiziki və psixoloji zorakılıq göstərməklə, təhdid etməklə, hadisə baş verən gün camaatın içində zor tətbiq edərək işlədiyi salondan çıxarıb aparmaq istəməklə, vurmaqla və sair yollarla amansız rəftar edərək, ləyaqətini mütəmadi olaraq alçaldaraq və hədə-qorxu gələrək özünü öldürmə həddinə çatdırıb.

Hadisədən sonra Gülsümün yazdığı son məktub da tapılıb: "Ölüm səbəbim Elxandır, məni təhdid etdiyindən... Başqa heç kim günahkar deyil. Ailəm, məni bağışlayın, üzünüzə daha baxa bilmirəm. Sizi çox sevirəm. Əlvida".

Kağızın arxa hissəsinə isə "Müştərilərim buna şahiddir ki, zorla qolumdan dartıb çıxardı", - sözləri də qeyd edilib.

İstintaq zamanı, həmçinin məlum olub ki, Elxan Gülsümün intiharından iki gün sonra, gecə saat 23 radələrində içkili vəziyyətdə onun yaşadığı evə gedib. Gülsümün ölməsi xəbərinə inanmadığından evə girərək onu görmək istəyib. Bu zaman evdə yas mərasiminə yığışmış şəxslər qışqırıblar və Elxanı tutublar. Onlar polis çağıraraq, Elxanı təhvil veriblər.

Lakin ibtidai və məhkəmə istintaqı müddətində Elxan Şıxıyev polis nəzarəti altında olmaqla sərbəst buraxılıb. Məhkəmədə mərhumun ailəsi Elxanın həbs edilməsini və ağır cəzaya məhkum olunmasını tələb ediblər.

İsmayıllı Rayon Məhkəməsinin 4 mart tarixli hökmü ilə ona 6 il 6 ay həbs cəzası verilib və məhkəmə zalındaca həbs olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://oxu.az
archiveBu xəbər 13 Mart 2025 00:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see184

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see144

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see142

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see142

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see140

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri