Sevdiyi qızın başqası ilə nişanlanacağını bildi Özünə xəsarət yetirdi
Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Gəncə şəhərində 18 yaşlı oğlan döyülüb.
“Qafqazinfo” xəbər verir ki, 2007-ci il təvəllüdlü Tərtər rayon Şırxarx qəsəbə sakini Fərid Qasımzadə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.
Ona ilkin yardım göstərilib, lakin vəziyyəti ağırdır. İlkin məlumata görə, F. Qasımzadə tanımadığı şəxs və ya şəxslər tərəfindən döyülərək yol kənarına atılıb.
Faktla bağlı araşdırma başlanılıb.
***
İlkin araşdırma zamanı məlum olub ki, F.Qasımzadə sevdiyi qızla görüşmək üçün Tərtərdən Gəncəyə gedib.
Lakin qız görüşə gəlməyib və başqa şəxslə nişanlanacağını deyib. Bundan sonra spirtli içki qəbul edən gənc yol kənarında özünə xəsarət yetirib, ona tibbi yardım göstərilib.
Yunis Quliyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:35
Bu xəbər 21 Sentyabr 2025 17:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















