Icma.az
close
up
RU
“Sevgi ilə Başlayan İlk Təhsil”

“Sevgi ilə Başlayan İlk Təhsil”

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Hər bir insanın həyatı ana bətnində başlayır. Burada yalnız bədən formalaşmır, həm də hisslər, emosiyalar və xarakterin təməli qoyulur. Ana körpəsinə qandan, qidadan daha çoxunu verir – o, sevgi, sakitlik və enerji bəxş edir. Dünyada aparılan araşdırmalar göstərir ki, hamiləlik dövründə ananın hissləri körpənin gələcək davranışına və emosional inkişafına təsir edə bilir. Ana xoşbəxt və pozitiv olduqda, bu hisslər körpənin beynində güclü təməl yaradır. Əksinə, uzun müddət stress və qorxu hissi körpəyə mənfi təsir göstərə bilər. Bu faktlar yalnız tibb üçün deyil, həm də təhsil üçün böyük dərsdir. Uşağın tərbiyəsi və öyrənmə bacarığı ana bətnində başlayır. Bu səbəbdən məktəblərdə, xüsusilə də qız şagirdlərə bu həqiqətlərin çatdırılması vacibdir. Qız uşaqları bilməlidirlər ki, ana olmaq təkcə bioloji bir hadisə deyil, həm də böyük sevgi, mərhəmət və məsuliyyət tələb edən bir roldur. Bu barədə vaxtında düşünmək onların həm özlərinə, həm də gələcək ailələrinə daha düzgün yanaşmasına kömək edir.

Məktəbdə biz hər gün bilik ötürürük. Amma düşünək: uşağın ilk “müəllimi” kimdir? Ana! O, daha doğulmamış körpəsinə sevgi dilini, sakitliyi və güvən hissini öyrədir. Bu, hər bir müəllim və valideyn üçün böyük bir mesajdır: uşaq ana bətnində eşidir, hiss edir və öyrənir. Buna görə də, gələcək analar – yəni indiki qız şagirdlər – anlayışlı və sevgiylə dolu bir ana olmaq üçün emosional olaraq yetişdirilməlidirlər.

Bir çox ölkədə bu mövzu məktəb proqramlarının bir hissəsinə çevrilib. Məsələn, Finlandiyada və İsveçdə “ailə həyatı və ana-uşaq münasibətləri” mövzusunda xüsusi dərslər keçirilir. Bu dərslərdə qız uşaqlarına analığın yalnız bioloji tərəfi deyil, sevgi, empatiya və psixoloji hazırlıq aspektləri də öyrədilir. Yaponiyada hamiləlik zamanı körpə ilə danışmağın və ona musiqi dinlətməyin uşağın gələcək intellektual inkişafına təsiri haqqında xüsusi maarifləndirici proqramlar hazırlanıb. Bu təcrübələr göstərir ki, uşağın inkişafı haqqında doğru məlumat və emosional hazırlıq erkən yaşlardan tədris ediləndə gənclər gələcək ailə həyatına daha məsuliyyətlə yanaşırlar.

Məktəblərdə müəllimlər bu mövzunu qız şagirdlərə izah edərkən təsəvvür yaratmaq üçün belə yanaşma qura bilərlər: “Təsəvvür edin ki, bir uşaq dünyaya gəlməzdən əvvəl sizi eşidir, hiss edir və sizin duyğularınızı daşıyır. Siz ona gözəl sözlər dedikcə o, sevgi və güvən içində böyüyür.” Bu yanaşma qız şagirdlərdə həm empatiya, həm də ailə dəyərlərinə hörmət formalaşdırır. Onlara başa salmaq lazımdır ki, sağlam və xoşbəxt cəmiyyətin təməli ana bətnindəki ilk sevgidən başlayır. 

Ana və döl arasındakı görünməz bağ təbiətin bizə öyrətdiyi ən dərin dərsdir. Sevgi və qayğı, insanın dünyaya gəlməzdən əvvəl öyrəndiyi ilk hisslərdir. Təhsil ekspertləri, müəllimlər və valideynlər üçün əsas vəzifə bu həqiqəti yeniyetmə qızlara anlatmaq, onlara həm ailə dəyərlərini, həm də gələcəkdə sevgi dolu valideyn olmağın məsuliyyətini aşılamaqdır.

Günay Əkbərova 

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://525.az
archiveBu xəbər 24 İyul 2025 17:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see363

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see335

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see311

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see306

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see304

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see292

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see286

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see281

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see279

Şaurma, yoxsa burger faydalıdır? Diyetoloq açıqladı

22 Noyabr 2026 02:00see257

Livan Prezidenti İranı topa tutdu Suverenliyimizə müdaxilə edir

22 Noyabr 2026 02:22see235

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see229

“Şərurlu İsfəndiyar” oğluna dəbdəbəli toy məclisi qurdu (FOTO)

22 Noyabr 2026 03:46see226

Ərzaq malları bahalaşıb

22 Noyabr 2026 13:51see225

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see225

Meryem Üzerli Maşa oldu FOTO

22 Noyabr 2026 04:01see223

Bakıda həbsdə olan şəxsin bağ evində silah sursat aşkarlanıb

22 Noyabr 2026 06:49see208

Azərbaycanlı futbolçunun komandası Kiprdə qələbə qazandı

22 Noyabr 2026 00:31see207

İdmançı müharibənin ekoloji fəsadlarına diqqət çəkmək üçün Hörmüz boğazını üzüb keçib

22 Noyabr 2026 04:48see205

Azərbaycan Sarayevoda ənənəvi Diplomatik Qış Bazarı xeyriyyə yarmarkasında təmsil olunub

22 Noyabr 2026 00:05see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri