Icma.az
close
up
RU
Fotoqraf və jurnalist Samir Əliyevə həsr olunmuş kitabın təqdimatı keçirilib

Fotoqraf və jurnalist Samir Əliyevə həsr olunmuş kitabın təqdimatı keçirilib

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 24 oktyabr, AZƏRTAC

Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində Azərbaycan yazıçısı və publisisti Aleksandr Xakimovun “Fotokameranın kapitanı” (“Mütərcim” nəşriyyatı, Bakı, 2025) kitabının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, kitab müəllifin təkcə peşəkar əlaqələri deyil, həm də möhkəm dostluq münasibətləri olduğu mərhum Azərbaycan fotoqrafı və jurnalisti Samir Əliyevin xatirəsinə həsr olunub.

Samir Əliyev istedadlı fotoqraf və dövrünün ən yaxşı fotojurnalistlərindən biri idi. O, qısa, lakin parlaq və məhsuldar bir ömür yaşayıb.

Tədbiri giriş sözü ilə açan Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin direktoru Anna İbrahimbəyova fotoqrafiyanın tarixdə və keçmişin xatirəsinin qorunmasında mühüm rolunu vurğuladı.

Tarixçi və fotoqraf Rüstəm Hüseynov Azərbaycan fotoqrafının həyat və yaradıcılığına həsr olunmuş kitabın əhəmiyyətini qeyd edib və Samir Əliyevin ən maraqlı obrazları, yaradıcılıq üslubu və fotojurnalist üslubunun fərqli xüsusiyyətləri haqqında ətraflı danışıb. O, həmçinin Azərbaycan Fotoqraflar Birliyinin (AFB) və “IRS” jurnalının "Fotoqrafik irs" layihəsi, eləcə də Samir Əliyevin yaradıcılığı ilə bağlı araşdırmaları haqqında məlumat verib.

Sonra nəşrin müəllifi Aleksandr Xakimov kitabın konsepsiyasının necə yarandığı və inkişaf etdiyi barədə danışıb. O, dostu və həmkarı Samir Əliyevlə bağlı xatirələrini, onunla əməkdaşlığının təfərrüatlarını və həm reallaşdırılan, həm də həyata keçirilməmiş müxtəlif layihələr barədə fikirlərini bölüşüb. Kitab fotoqraf və jurnalistin fotoşəkilləri ilə illüstrasiya olunub.

AFB-nin təsisçisi Mirnaib Həsənoğlu Samir Əliyevin əsərlərinin bu gün də aktuallığını qoruduğunu vurğulayıb, onun fotoşəkillərinin Fransada nəşr olunmuş “Eyes of Fire” kitabında da yer aldığını qeyd edib.

Tədbirdə çıxış edən tanınmış Azərbaycan fotojurnalistləri çoxlarının şəxsən tanıdığı Samir Əliyev haqqında ətraflı bəhs ediblər. Fotoqraf Tofiq Babayev həmkarı ilə bağlı xoş xatirələrini bölüşüb və onun fotojurnalist kimi peşəkarlığından danışıb. Fotoqraf Semyon Şalmeyev də həmkarı ilə bağlı maraqlı xatirələri paylaşıb.

Təqdimat səmimi ab-havada keçib, Samir Əliyevin dostları və həmkarları onun həyat və karyerasının təfərrüatlarını, yaradıcılıq uğurlarını və maraqlı epizodları müzakirə ediblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Oktyabr 2025 15:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2011

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see230

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see188

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see153

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see148

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see140

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see137

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see136

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see133

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see129

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see128

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see127

Əsl insan beynindən hazırlanan kompüterlər gəlir

08 Dekabr 2025 03:04see127

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see125

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see124

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see123

Çinli avtomobilindəki cızığa görə 3 nəfəri öldürdü

08 Dekabr 2025 09:44see122

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see122

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see119

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri