“Sevgi naminə arzusundan keçən qadının psixoloji problemi var”
Icma.az bildirir, Axsham.az portalına istinadən.
“Sevgi naminə həyatında olanlardan, arzularından imtina edən qadınları qınayıram. Həyatımdakı insana da, rəfiqələrimə də deyirəm ki, bu, iradəsi zəif, psixoloji problemləri olan insanlarda baş verir. Bəlkə də uşaqlıqda hansısa travma yaşayıblar. Səhv anlaşılmasın, heç övladım üçün belə sənətimdən keçmərəm. Sənətimə 20 ilimi vermişəm. Övladım olmayanda da ifaçı idim”.
Axşam.az xəbər verir ki, bu sözləri müğənni Ayan Babakişiyeva “Kəşfet” proqramında deyib. İfaçı sevgi naminə həyatından və arzularından imtina edən qadınları qınayıb. Ayan belə qadınların iradəsinin zəif olduğunu bildirib.
Müğənni qızının gələcəkdə onun yolunu davam etdirməsini istəmədiyini də söyləyib. O, övladının yaradıcılıqla məşğul olmasını arzulasa da, müğənniliyi seçməsinə tərəfdar olmadığını vurğulayıb:
“Qızıma deyirəm ki, müğənni olma, oxuma, yanımda yaşa. Sənin yolun fərqli olacaq. İstəyirəm yaradıcı insan olasan, rəssam, skripkaçı olasan, amma öz yolunu seç. Müğənni olmağını istəmirəm. Çox əziyyət çəkmişəm, istəmirəm qızım da bunları yaşasın. Qızım özəl məktəbdə oxuyub, o, gələcəkdə burada yaşamayacaq.
Övladını hansısa yerə çıxarıb, öz həyatından keçən valideyn deyiləm. Özüm də yaxşı yaşamalıyam. Həyatımı heç kimə qurban vermirəm, vermərəm. Övladım mənim qayğıma möhtacdır, amma heç kimə özümü qurban verən qadın deyiləm”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 14 Noyabr 2026 13:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















