Icma.az
close
up
RU
Sevgi niyə sönür: Cütlüklərin tükənməsinin 2 əsas səbəbi

Sevgi niyə sönür: Cütlüklərin tükənməsinin 2 əsas səbəbi

Icma.az bildirir, News24 saytına əsaslanaraq.

Emosional yanma münasibətlərdə tərəflərdən birinin və ya hər ikisinin davamlı fədakarlıq hissi yaşaması, qarşılığında isə yetərincə dəyər və minnətdarlıq görməməsi ilə ortaya çıxır. Bu hal münasibətdə sevincin yerini yorğunluğa, anlayışın yerini isə laqeydliyə verə bilər. Nəticədə partnyorlar bir-birindən uzaqlaşmağa və əlaqəni mənasız hesab etməyə başlayırlar.

News24.az xarici mediaya istinadən xəbər verir ki, amerikalı psixoloq Mark Trevers cütlüklərin münasibətlərdə “emosional yanma” hissini yaşamasının əsas səbəblərini açıqlayıb.

O bildirir ki, münasibətdə olmaq, diqqəti özündən alıb başqa bir insanla ortaq həyata yönəltmək deməkdir. İnsanlar bu prosesdə özləri üçün ayırdıqları vaxtdan imtina edir, partnyoruna qayğı göstərmək üçün şəxsi imkanlarından belə vaz keçir. Əgər tərəf müqabili də eyni şəkildə fədakarlıq edirsə, bu, qarşılıqlı anlaşmaya çevrilə bilər. Amma münasibətlər xidmət mübadiləsi kimi görülməməlidir. Hər iki tərəf bu birliyi davam etdirmək üçün şüurlu şəkildə səy göstərməlidir.

Psixoloq qeyd edir ki, münasibətlərdə çox şeydən imtina etdiyini hiss edən insanlar daha çox psixoloji stres və emosional yanma ilə üzləşirlər. Treversə görə, bu emosional tükənməni daha dərin yaşayan insanlar arasında fərqi yaradan iki əsas səbəb var.

Birinci səbəb emosional tarazlıqdır. Sağlam münasibətlər üçün təkcə öz maraqlarını yox, qarşı tərəfin hisslərini də nəzərə almaq vacibdir. Bəzən haqlı olsanız belə susmaq, güzəştə getmək və incitməkdən çəkinmək münasibətlərdə müsbət rol oynayır. Özündən çox başqasını düşünməyi öyrəndikdə münasibətlər qarşılıqlı hala gəlir.

Araşdırmalara görə, münasibətlərdə ədalət hissinin aşağı olması, edilən fədakarlıqları mənfi və zərərli kimi qəbul etməyə səbəb olur və bu da birbaşa emosional yanmaya gətirib çıxarır. Xüsusilə tərəflərin maraqları və prioritetləri fərqli olduqda bu proses daha da sürətlənir.

İkinci əsas səbəb isə tanınmaq və minnətdarlıq hissidir. Fərq etməz, ailə üçün karyeradan imtina edirsiniz, ya da sadəcə sevdiyinizin yeməyinə kiçik qeydlər qoyursunuz. Bu fədakarlıqlar üçün “çox sağ ol” eşitmək haqqınızdır.

Alimlər sübut edib ki, insan gördüyü əməyin dəyərləndirildiyini hiss edəndə, etdiyi fədakarlıqları daha az ağrılı qəbul edir və onları münasibətlərin inkişafına töhfə kimi görür.

2022-ci ildə aparılmış tədqiqat da göstərir ki, tanınmaq hissi münasibətlərdəki qeyri-bərabər töhfələrin yaratdığı mənfi hissləri azaldır. Amma bu o demək deyil ki, tanınmaq bərabər əmək payını əvəz edə bilər. Sağlam münasibət üçün hər iki tərəf eyni səviyyədə səy göstərməlidir./lent

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://news24.az
archiveBu xəbər 22 İyul 2025 22:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see321

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see306

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see293

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see287

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see286

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see273

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see255

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see252

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see249

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see245

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see243

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see240

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see236

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see229

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see228

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see227

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see214

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see203

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see201

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri