Icma.az
close
up
RU
Sevgi və etimad gəncləri uğura qanadlandırır

Sevgi və etimad gəncləri uğura qanadlandırır

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Məhsəti Əliyevadan söz düşəndə, hamı bir ağızdan onun tələbələrin sevimlisi olduğunu qeyd edirlər. Onu da vurğulayırlar ki, müasir dövrdə gənclərin “dilini bilmək”, onların qəlbinə yol tapmaq heç də hər pedaqoqa nəsib olmur. Məhsəti xanım, həqiqətən, bu mənəvi səddi aşa bilib.

Yeri gəlmişkən, təkcə həmkarları deyil, tələbələri də vaxtaşırı sevimli öyrətmənləri barədə sosial şəbəkələrdə xoş və maraqlı fikirlər səsləndirirlər. Məsələn, bu yaxınlarda keçmiş tələbələrinizdən biri “facebook”da yazıb ki, Məhsəti müəllimə cəmiyyətdə ictimai-siyasi məsələlərdə özünü sınamaq istəyən hər bir gəncə örnək olan bir xanımdır. Onun səlis fikirləri, sözü üzə deməsi, hətta susma ədəbi belə bir örnəkdir.

Məhsəti xanım özü də sosial şəbəkələrədə kifayət qədər fəaldır. O, tez-tez şəbəkə izləyiciləri ilə ölkəmizin ictimai-siyasi həyatımızda baş verən mühüm proseslər, xüsusilə xususilə ali və orta məktəblərdə motivasiyalı təhsilin əhəmiyyəti və özəllikləri barədə fikir mübadiləsi edir, təklif və tövsiyələrini söyləyir.

DİA-nın baş müəlliminin amalı cəmiyyətdə gınc nəslin paralel şəkildə həm yüksək səriştəli peşə və sənət sahibləri, həm də həqiqi vətənpərvərlik ruhunda tərbiyə alıb yetişmələri üçün əlindən gələni etməkdir. Bütün bunlar, əlbəttə, təqdir olunmağa layiqdir. Buna görə də bizdə Məhsəti xanımla görüşüb, onun müasir gəncliyin arzu və hədəfləri barədə özəl fikir və düşüncələrini öyrənmək və oxucularla bölüşmək arzusu yarandı. Beləcə, bu müsahibə araya-ərsəyə gəldi.

– Məhsəti xanım, pedaqoqun tələbələrin dostuna çevrilməsi nə vaxt və necə başlayır?

– Məncə, hər şey elə ilk anlardan, ilk təəssüratlardan balayır. Ortada tam səmimiyyət olmalıdır. Tələbə hiss edəndə ki, pedaqoq onun üçün gələcəyi üçün can yandırır, potensialını üzə çıxarıb daha çox biliklər əxz etməsinə və cəmiyyətdə istedad və bacarığına uyğun layiqli yer tutmasına çalışır, o, müəlliminə artıq özünün yaxın dostu, sirdaşı, bir sözlə, doğması kimi baxır.

Tələbənin uğuru pedaqoqun uğurudur. Pedaqoq tələbəni təhsildə və həyatda motivasiyalı olmağa sövq etməlidir. Düzgün hədəf seçib ona doğru irəliləməyən tələbə dəryada kompassız üzən gəmi kimidir. Renesans (intibah-müəllif) dövrünün filosofu Mişel de Montenin çox xoşladığım belə bir fikri var: “Yaxşı qurulmuş baş, sadəcə dolu başdan daha üstündür”. Yəni düşünmək, təhlil etmək və mühakimə yürütmək bacarığının təşviq etmək vacibdir. Sadəcə, gənclərin beynini lazımsız məlumatlarla “yükləməyə” ehtiyac yoxdur, onların ürəklərin də “məşəl” yandırmaq lazımdır.

Tələbə həyatın və zamanın tələblərini real imkanları ilə uzlaşdırmağı bacarmalıdır. O bilməlidir ki, həyatda ən yaxşı dost biliklərdir. Yaxşı pedaqoq ona bu işdə əlindən gələn köməyi etməlidir. Mən belə düşünürəm. Hər bir tələbəm mənim üçün doğma övladım qədər əzizdir. Mənim 2 oğlum var, qız övladlarım yoxdur. Tələbə qızları isə öz qızlarım hesab edirəm.

– Bəzi insanlarda belə bir rəy yaranıb ki, tələbələr onları “yola verən”, imtahanlarda “üzdən gedən” pedaqoqları daha çox sevirlər...

– Bu, yanlış fikirdir və sizinlə razı deyiləm. Vaxt, zaman hər şeyi yerbəyer edir. Deyirlər ki, el gözü tərəzidir. Bu deyimi təhsilə də şamil etmək olar. Yəni tələbənin gözündən heç nə yayınmır. Bu mənada tələbələr yaxşı, yəni ürəkdən çalışanları, eləcə də öz üzərlərində işləməyən pedaqoqları onların özlərindən yaxşı tanıyırlar. Tələbələr ən yaxşı və ədalətli hakimlərdir. Adətən, ən düzgün və ədalətli qərarlar verirlər.

Bir də ki, hər bir universitetin öz aurası, özəl mühiti var. Bu mühit sağlamdırsa, təhsil ocağının rəhbərliyi ilə pedaqoqlar, eləcə tələbələr arasında qarşılıqlı inama, hörmətə və etibara əsaslanırsa, bu münasibətlərə zaval yoxdur.

Tam məsuliyyət hissilə deyə bilərəm ki, DİA-da son dərəcə səmimi, yüksək səviyyəli və kreativ bir mühit formalaşıb. Bu, ilk növbədə ona görə mümkün olub ki, cənab rektor, AMEA-nın həqiqi üzvü, akademik Urxan Ələkbərov hər bir pedaqoqun əməyinə ədalətli qiymət verir. Bu da öz növbəsində akademiyada tədrisin keyfiyyətinə müsbət təsir göstərir. Bizdə hər şey şəffafdır. Yeganə hədəf savadlı və layiqli gənc kadrlar yetişdirməkdir.

– Mühazirə və seminarlarda tələbələrin çətin, dərhal cavab vermək istəmədiyiniz sualları olurmu?

– Cavab verməkdə çətinlik çəkdiyim suallar yoxdur. Düşünürəm ki, diplomat, siyasətçi hazırlayan bir müəllim hər zaman, hər hansı gəliz, yaxud gözlənilməz suala hazır olmalıdır. Mən özüm 17 ilə yaxın dövlət qulluğunda çalışmışam və tələbələrə təhsillə yanaşı, reallığı da başa salıram, onların düzgün, vətənpərvərlik ruhunda formalaşmasına çalışıram, onlardan heç nəyi əsirgəmirəm və gizlətmirəm.

Bu gün Azərbaycan kifayət qədər açıq, şəffaf və demoktatiya yolu ilə gedən bir dövlətdir. Bütün postsovet məkanında olan ölkələrdə müəyyən problemlər var, tədricən onlar da öz həllini tapacaq. Müstəqil ölkəmizin dünəni, bugünü və gələcəyi ilə bağlı elə bir qaranlıq məqam yoxdur ki, nəyisə ört-basdır etməyə, gizlətməyə çalışasan.

Xalqımız 2020-ci ilin payızında doğma Qarabağımız uğrunda 44 günlük savaşda Ali Baş Komandan, Prezident İlham Əliyevin liderliyi ilə son 2 yüz ildə ilk dəfə itirdiyi torpaqlarını geri qaytarıb, Tarixi Zəfər qazanıb. Biz tariximizin ən şərəfli dövrünü yaşayırıq. Mən tələbələrimlə bu barədə fikir və düşüncələrimi bölüşəndə, bəzən özümdən asılı olmayaraq çox həyəcanlanıram. Qəlbimdən bir nida qopur: Biz xalqımızın bugünkü uğur və hünər estafetini gələcək nəsillərə ötürməliyik, bu şərəfli estafet eyni coşqu ilə davam etdirilməlidir.

– Sizcə, müasir gənclərin ölkənin vətəndaş cəmiyyətindəki iştirakını kifayət qədər fəal hesab etmək olarmı?

– Mən bu suala bir qayda olaraq müsbət cavab verirəm. Bununla bərabər, gənclərimizin daha fəal və təşəbbüskar olmalarını arzu etdiyimi gizlətmirəm. Gənclər cəmiyyətin ən fəal, kreativ hissəsidir, bir cəmiyyət olaraq inkişaf və intibahımız onlardan çox asılıdır.

Yadınızdadırmı, Azərbaycan gəncləri 2020-ci ilin 12 dekabrından başlayaraq, Şuşa-Laçın yolunda xarici şirkətlərin Kəlbəcərdə faydalı yataqların qanunsuz istismarı ilə uzunmüddətli, günlərlə davam edən aksiya keçirirdilər. Aksiyada iştirak edənlər arasında yaxından tanıdığım gənclər, bizim tələbələr, məzunlar də vardı. Bəziləri bu aksiyanın əhəmiyyətini başa düşmürdülər. Zaman göstərdi ki, Azərbaycanın təşəbbüskar və vətənpərvər gəncliyi çox şeyə qadirdir. Dünya da bizim haqlı mövqeyimizlə razılaşmalı oldu!

– Bu gün dünya çox sürətlə dəyişir. Elm və texnologiyalar sahəsində heyrətamiz yeniliklər baş verir. Azərbaycan gəncliyi bu sürətli dəyişikliklərə hazırdırmı?

– Hər bir Azərbaycan gənci çağdaş dünyanın elm, bilik ünvanlı express sürət qatarında özünə layiqli yer tutmalıdır. Bi an belə gecikmək olmaz. Dünya astagəlləri, tənbəlləri sevmir. Bu həqiqəti gənclərimiz bilməli və qəbul etməlidir. Gənclərimiz özlərinə inanmalı, motivasiyaslı olmadır. Motivasiyalı gəncli uğurlu gələcək deməkdir.

Azərbaycan gəncləri yüksək intellektləri ilə seçilirlər. Dünyanın ən nüfuzlu universitetlərində təhsil alan soydaşlarımız barədə xoş rəylər eşidirik. İnanıram ki, biz təhsil sahəsində dövrün çağırışlarına adekvat cavab verə biləcəyik.

Azərbaycanın dəqiq elmlər sahəsində akademiklər – Yusif Məmmədəliyev, Azad Mirzəcanzadə, ABŞ-ın Berkli Universitetinin professoru, soydaşımız Lütfü Zadə və başqa dünya şöhrətli alim və mütəfəkkirləri olub. Əminəm ki, elmdə bu gözəl ənənələr davam və inkişaf edəcək.

– Sonuncu sual. Müəllim tələbəyə yanaşmada daha çox nəyə önəm verməlidir?

– Müəllim ciddi olduğu qədər mülayim, mülayim olduğu qədər də sərt olmalıdır. Bu iki əks qütblər arasında vəhdət tapmağı gərək bacarasan. Çünki belə bir söz var: “Əzizim-əzizdir, amma tərbiyəsi ondan da əzizdir”.

Tələbələr üçün isə demək olar: “Əzizim əzizdir, amma təhsili ondan da əzizdir”. Gənc nəsillərə tövsiyəm bu olardı ki, övladların görünüşünə o qədər yox, onların tərbiyəsi və təhsilinə daha çox diqqət yetirsinlər, çünki bu xüsusiyyətlət hər şeydən vacibdir, onların həyatında və taleyində rol oynayacaq əsas amillərdir. Bir pedaqoq olaraq öz missiyamı bütün bunları gənclərimizə və cəmiyyətimizə çatdırmaqda görürəm.

Bəzən məndən soruşurlar ki, siz tələbələrə biliklərinizi, sevginizi verirsiniz, əvəzində onlardan nə alırsınız? Cavabım bu olur ki, mən tələbələrimdən sevgi, məhəbbət qazanıram. Bu sevgi, səmimiyyət hər bir pedaqoq kimi, mənə əlavə güc, enerji verir.

– Məhsəti xanım, maraqlı fikirlərinizə görə təşəkkür edirik.

– Mən uzun illərdir “Xalq qəzeti”nin daimi oxucularındanam. Son dövrdə qəzetin səhifələrində maraqlı yazılar dərc olunur. Yaradıcı kollektivimizin yeniləşmək, zamanla ayaqlaşmaq axtarışı aydın duyulur və oxucularını çoxaldır. Bu yolda sizə uğurlar arzulayıram.

Söhbəti qələmə aldı:
Məsaim ABDULLAYEV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 12 Aprel 2025 12:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see426

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see418

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see295

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see275

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see264

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see257

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see254

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see251

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see249

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see233

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see222

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see216

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see214

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see212

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see209

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see208

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see207

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see204

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see203

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri