Icma.az
close
up
RU
Sevgilini də kirayə götürürlər: Saatı 2 min manat

Sevgilini də kirayə götürürlər: Saatı 2 min manat

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Yaponiyada insanların tənhalıq və sosial təzyiqlərlə mübarizə aparmaq üçün müraciət etdiyi fərqli xidmətlərdən biri də “kirayə sevgili” və “kirayə dost” xidmətidir.

"Cebheinfo.az" xəbər verir ki, ilk baxışda qəribə görünsə də, bu xidmətlər ölkədə artıq müəyyən qaydaları olan ayrıca bir sahəyə çevrilib. Xidmət göstərən şəxslər müştərilərlə görüşür, onlarla söhbət edir, birlikdə yemək yeyir, gəzintiyə çıxır və ya hansısa tədbirə gedirlər. 

Bu xidmətlərin intim münasibətlərlə əlaqəsi yoxdur. Görüşlər yalnız kafe, restoran və park kimi ictimai yerlərdə keçirilir. Müştərinin xidmət göstərən şəxsi evə və ya otelə aparmasına icazə verilmir. 

Çimərlik kimi açıq geyim tələb edən məkanlara getmək də qadağandır. Müştəri görüşdüyü insanın şəxsi telefon nömrəsini və digər əlaqə məlumatlarını ala bilməz. Fotoşəkil çəkdirmək isə yalnız qarşı tərəfin razılığı və əlavə ödənişlə mümkündür. 

Çəkilən fotoların sosial şəbəkələrdə paylaşılmasına icazə verilmir. Əsas xidmətin bir saatlıq qiyməti 5-6 min yen, yəni təxminən 1 566-1 879 manatdır. Lakin agentliklərin əksəriyyətində minimum sifariş müddəti 2 saatdır. 

Bu halda yalnız xidmət haqqı 10-12 min yenə, yəni 3 132-3 758 manata başa gəlir. Bundan əlavə, xidmət göstərən şəxsin görüş yerinə gəlməsi üçün təxminən 3 min yen (939 manat) yolpulu ödənilir. Müştərinin konkret bir şəxsi seçməsi isə əlavə 2 min yenə (626 manat) başa gəlir. 

Əl-ələ tutmaq, xüsusi geyimdə gəlməsini istəmək və fotoşəkil çəkdirmək kimi əlavə xidmətlər üçün də 2-5 min yen (626-1 566 manat) ödəniş tələb olunur. Görüş zamanı restoran, kafe və ya tədbirə çəkilən xərcləri də müştəri ödəyir. 

Bütün bunlar nəzərə alındıqda, cəmi 2 saatlıq sadə görüşün ümumi qiyməti 18-25 min yenə, yəni təxminən 5 638-7 831 manata çata bilər. Yaponiyada insanların “kirayələdiyi” şəxslər yalnız sevgili ilə məhdudlaşmır. Bəzi xidmətlərdə dost, nişanlı, hətta valideyn rolunu oynayan şəxslər də təklif olunur. 

Məsələn, ailəsinin evlənməsi üçün təzyiq etdiyi şəxs ailə görüşünə saxta nişanlı apara bilər. İş yerində etdiyi səhvə görə üzr istəyən şəxsi müşayiət etmək üçün saxta valideyn də kirayələmək mümkündür. 

Həmçinin tək getmək istəmədiyi konsertə və ya başqa tədbirə getmək üçün dost kirayələyənlər də var. Beləliklə, Yaponiyada insanların sosial ehtiyaclarının bir hissəsi artıq ödənişli xidmətlər vasitəsilə qarşılanır. 

Bu sahənin genişlənməsində ölkədəki tənhalıq, sıx iş qrafiki və sosial təzyiqlərin də rol oynadığı bildirilir. 

Gülər 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 16 Sentyabr 2026 11:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see370

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see346

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see340

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see321

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see274

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see273

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see260

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see247

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see226

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see223

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see222

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see218

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see217

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see216

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see216

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see210

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see203

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see202

Gizli toy və atılmış qız: Müslüm Maqomayevin həyatından az adamın bildiyi faktlar

31 Oktyabr 2026 20:16see196

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri