Icma.az
close
up
RU
Sevgilisi tərəfindən qaçırılan qız: Xahiş edirəm, azadlığa buraxın, evlənək

Sevgilisi tərəfindən qaçırılan qız: Xahiş edirəm, azadlığa buraxın, evlənək

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakıda sevgilisini oğurlamaqda ittiham olunan gəncin məhkəməsi maraqlı məqamlarla yadda qalıb.

Oxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu məhkəmə prosesinin əsas iştirakçıları 24 yaşlı Fərrux (bütün adlar şərtidir) və 19 yaşlı sevgilisi Nailədir.

Gənclər uzun müddət bir-birini seviblər. Lakin qızın anası evliliyə razılıq verməyib. Fərrux bir neçə dəfə elçi göndərsə də, hər dəfə rədd cavabı alıb. Oğlan izdivacın valideyn razılığı ilə baş tutmayacağını anlayaraq sevgilisini qaçırmaq qərarına gəlib. Bu işdə ona dostu İlkin kömək edib.

Fərrux Nailə ilə danışaraq onu görüşə çağırıb. Həmin vaxt dostu İlkin də avtomobillə kənarda hazır gözləyib. Bir neçə dəqiqə sonra Fərrux Nailəni avtomobilə mindirib.

Lakin bir az getdikdən sonra Nailə bu addımın düzgün olmadığını düşünüb, xüsusilə də anasının xəstə olduğunu xatırlayaraq Fərruxdan onu geri qaytarmasını xahiş edib. Bu zaman sevgililər arasında mübahisə yaranıb. Nə baş verdiyini anlamağa çalışan İlkin isə qəfil idarəetməni itirərək əks yola çıxıb. Elə bu vaxt polis maşını saxlayaraq hər üçünü şöbəyə aparıb. Orada saxlanılan şəxslərin nəyə görə mübahisə etdikləri məlum olub.

İstintaq orqanı ilkin dindirmələrdən sonra Fərruxla İlkinin əməlini adam oğurluğu kimi qiymətləndirib. Hər ikisi barəsində həmin vaxtdan həbs qərarı verilib.

Dostların işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Onlar hadisənin necə baş verdiyini hakim qarşısında ətraflı danışıblar. Məhkəmə ifadələri dinləyib, cinayət işindəki xüsusatı araşdırdıqdan sonra dostların əməlini adam oğurluğu yox, adam oğurluğuna cəhd kimi tövsif edib. Bu, cinayət hadisəsinin başa çatmaması ilə əsaslandırılıb.

Cinayət işində zərərçəkmiş kimi tanınan Nailə məhkəmədə etiraf edib ki, əslində, onu qaçırmasını Fərruxdan özü xahiş edib. O, Fərruxu sevdiyini və birlikdə olmaları üçün yeganə yolun bu olduğunu düşündüyünü deyib:

"Fərruxla bir-birimizi çoxdan sevirik. Mən əvvəldən Bakıda yaşayıram, o isə rayonda böyüyüb, şəhərdə fəhlə işləyirdi. Amma anam bizim evlənməyimizə razılıq vermədi. Nəhayət məni başqa şəxsə ərə vermək istəyəndə Fərruxdan məni qaçırmasını istədim. Bəli, özüm könüllü qaçmaq istədim. Sadəcə, maşına minəndən sonra aramızda mübahisə yarandı. Bir az sonra da anamın xəstə olmasını xatırladığım üçün fikrimi dəyişdim. Sonra da polis postunda saxlanıldıq, bizi şöbəyə apardılar. Düzdür, əvvəlki ifadəmdə başqa cür yazılıb. Bunun da səbəbi odur ki, mən 8-ci sinfə qədər oxumuşam. Ərizədə nə yazıldığını bilmədən imza atdım. Nə Fərruxdan, nə dostundan şikayətçiyəm. Heç biri mənə təzyiq göstərməyib".

Nailə son sözlərində hələ də Fərruxu sevdiyini deyib, onunla ailə qurmaq istədiyi üçün azadlığa buraxılmasını xahiş edib. Bu vaxt Fərrux da şüşə qəfəsdən sevgilisinə səslənərək azadlığa çıxan kimi onunla evlənəcəyini deyib.

Gənclər məhkəmə zalında bir-birinə sevgi etirafları etsələr də, uzun müddət qovuşa bilməyəcəklər. Çünki sevgi ilə yanaşı, ortada cinayət də var.

Bu əsasla hakim Vüqar Quliyev Fərruxun səkkiz il, dostunun isə altı il doqquz ay həbslə cəzalandırılması barədə hökm çıxarıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:41
embedMənbə:https://oxu.az
archiveBu xəbər 25 Sentyabr 2025 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see151

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri