Icma.az
close
up
RU
“Xahiş edirəm, azadlığa buraxın, evlənək...” 8 il həbs verildi

“Xahiş edirəm, azadlığa buraxın, evlənək...” 8 il həbs verildi

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakıda sevgilisini oğurlamaqda ittiham olunan gəncin məhkəməsi maraqlı məqamlarla yadda qalıb.

“Qafqazinfo”nun məlumatına görə, bu məhkəmə prosesinin əsas iştirakçıları 24 yaşlı Fərrux (bütün adlar şərtidir) və 19 yaşlı sevgilisi Nailədir.

Gənclər uzun müddət bir-birini seviblər. Lakin qızın anası evliliyə razılıq verməyib. Fərrux bir neçə dəfə elçi göndərsə də, hər dəfə rədd cavabı alıb. Oğlan izdivacın valideyn razılığı ilə baş tutmayacağını anlayaraq sevgilisini qaçırmaq qərarına gəlib. Bu işdə ona dostu İlkin kömək edib.

Fərrux sonuncu gün Nailə ilə danışaraq onu görüşə çağırıb. Həmin vaxt dostu İlkin də avtomobillə kənarda hazır gözləyib. Bir neçə dəqiqə sonra Fərrux Nailəni avtomobilə mindirib.

Lakin bir az getdikdən sonra Nailə bu addımın düzgün olmadığını düşünüb, xüsusilə də anasının xəstə olduğunu xatırlayaraq Fərruxdan onu geri qaytarmasını xahiş edib. Bu zaman sevgililər arasında mübahisə yaranıb. Nə baş verdiyini anlamağa çalışan İlkin isə qəfil idarəetməni itirərək əks yola çıxıb. Elə bu vaxt polis maşını saxlayaraq hər üçünü şöbəyə aparıb. Orada saxlanılan şəxslərin nəyə görə mübahisə etdikləri məlum olub.

İstintaq orqanı ilkin dindirmələrdən sonra Fərruxla İlkinin əməlini adam oğurluğu kimi qiymətləndirib. Hər ikisi barəsində həmin vaxtdan həbs qərarı verilib.

Dostların işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Onlar hadisənin necə baş verdiyini hakim qarşısında ətraflı danışıblar. Məhkəmə ifadələri dinləyib, cinayət işindəki xüsusatları araşdırdıqdan sonra dostların əməlini adam oğurluğu yox, adam oğurluğuna cəhd kimi tövsif edib. Bu, cinayət hadisəsinin başa çatmaması ilə əsaslandırılıb.

Cinayət işində zərərçəkmiş kimi tanınan Nailə məhkəmədə etiraf edib ki, əslində onu qaçırmasını Fərruxdan özü xahiş edib. O, sevgilisini sevdiyini və birlikdə olmaları üçün yeganə yolun bu olduğunu düşündüyünü deyib: “Fərruxla bir-birimizi çoxdan sevirik. Mən əvvəldən Bakıda yaşayıram, o, isə rayonda böyüyüb, şəhərdə fəhlə işləyirdi. Amma anam bizim evlənməyimizə razılıq vermədi. Nəhayət məni başqa şəxslə evləndirmək istəyəndə Fərruxdan məni qaçırmasını istədim. Bəli, özüm könüllü qaçmaq istədim. Sadəcə maşına minəndən sonra aramızda mübahisə yarandı. Bir az sonra da anamın xəstə olmasını xatırladığım üçün fikrimi dəyişdim. Sonra da polis postunda saxlanıldıq, bizi şöbəyə apardılar. Düzdür, əvvəlki ifadəmdə başqa cür yazılıb. Bunun da səbəbi odur ki, mən 8-ci sinfə qədər oxumuşam. Ərizədə nə yazıldığını bilmədən imza atdım. Nə Fərruxdan, nə dostundan şikayətçiyəm. Heç biri mənə təzyiq göstərməyib”.

Nailə son sözlərində hələ də Fərruxu sevdiyini deyib, onunla evlənmək istədiyi üçün azadlığa buraxılmasını xahiş edib. Bu vaxt Fərrux da şüşə qəfəsdən sevgilisinə səslənərək azadlığa çıxan kimi onunla evlənəcəyini deyib.

Gənclər məhkəmə zalında bir-birinə sevgi etirafları etsələr də, uzun müddət qovuşa bilməyəcəklər. Çünki sevgi ilə yanaşı ortada cinayət də var.

Bu əsasla hakim Vüqar Quliyev Fərruxun 8 il, dostunun isə 6 il 9 ay həbslə cəzalandılması barədə hökm çıxarıb.

Sail Ağasəlim

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 25 Sentyabr 2025 17:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri