Sevgilisinin oğlu Cumanci nin aktyorunu qətlə yetirdi
Icma.az bildirir, Axsham.az saytına əsaslanaraq.
"Cumanci" filminin aktyoru Ceyms Hendi öldürülüb.
Axşam.az xəbər verir ki, hadisə Los-Ancelesin Tarzana bölgəsində baş verib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə çatdıqda 81 yaşlı Hendini evin həyətində huşsuz vəziyyətdə, sinəsindən bıçaq yarası almış vəziyyətdə aşkarlayıblar. Aktyor xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Polis aktyorun sevgilisinin oğlu Maykl Qledhili şübhəli şəxs kimi saxlayıb. O, hadisəni törətdiyini etiraf edib.
Qledhil həbs olunub və Van Nuys həbsxanasına aparılıb. Məhkəmə onun üçün 2 milyon dollar məbləğində girov təyin edib.
Qeyd edək ki, Ceyms Hendi 150-dən çox ekran işində rol alıb. Aktyor “Ən yaxşı silah: Maverick”, “Logan”, “Cumanci” və “Araxnofobiya” kimi məşhur filmlərində rol alıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 05 İyun 2026 09:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















