Icma.az
close
up
RU
Sevinc Cəfərzadə: “Son nöqtəni qoya bilmirik” İdman və Biz

Sevinc Cəfərzadə: “Son nöqtəni qoya bilmirik” İdman və Biz

Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.

“Rusiya millisi çox güclüdür”.

Bunu İdman.biz-ə Azərbaycan millisinin futbolçusu Sevinc Cəfərzadə deyib.

O, Soçi şəhərində Rusiya yığması ilə keçirilən hər iki yoldaşlıq oyununu şərh edib. 8 ilə yaxındır rus klublarında oynayan Cəfərzadə bildirib ki, rəqibin futbolçularının gücünə əvvəldən də bələddir: “Çox keyfiyyətli futbolçuları var. Onların legionerlərə də heç vaxt ehtiyacları olmayıb. Bu da Rusiyada qadın futbolunun yaxşı inkişaf etməsindən xəbər verir. Rəqibimiz son rəsmi oyununda Portuqaliya millisini də məğlub etmişdi. Bu, bir neçə il əvvəl olsa da, güclərinin göstəricisidir. Ölkə çempionatlarında 13, əvəzedicilərində 20 klub iştirak edir. Əvəzedicilərdə isə 20 komanda var”.

Onun sözlərinə görə, məğlubiyyət oyuna görə olmayıb: “Matça baxan hər kəs bunu görə bilər. Klubdakı yoldaşlarıma qarşı oynayırdım. Onlar belə qeyd etdilər ki, çox gözəl, döyüşkən və mübariz komandanız var. Ruslar qalib gəlsələr də, heç də zəif oynamadıq. Qarşılaşmanın hesabı oyuna görə deyildi. Səhvlərimizdən hər iki matçda minimal hesabla uduzduq. Yoxlama oyunları təbii ki, bizi yalnız yaxşı yerlərə apara bilər. Fərqi yoxdur, burada məğlubiyyət də ola bilər, qalibiyyət də. Əsas odur ki, rəsmi oyunlarda qələbələr qazanaq. Gələn ilin fevralında artıq Millətlər Liqasının oyunları başlayır. İlk görüşdə Monteneqro ilə üz-üzə gələcəyik. Çox güclüdürlər. Amma istədiyimiz oyunu sərgiləsək, yaxşı nəticə əldə edə bilərik. Komandamıza güvənirəm. Çatışmayan cəhətimiz hücumda son nöqtəni qoya bilməməkdir”.

Qeyd edək ki, noyabrın 28-də və dekabrın 2-də keçirilən hər iki görüşdə Rusiya yığması 1:0 hesablı qələbə qazanıb.

Banuçiçək Hüseynli
İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:76
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 04 Dekabr 2024 12:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see270

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see204

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see204

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see186

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see166

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see159

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see158

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see157

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see157

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see156

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see151

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see148

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see145

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see145

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see144

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see141

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see137

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see137

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri