Icma.az
close
up
RU
“Bir çoxları əsl səbəbi bilmədiyi üçün bu vəziyyəti müxtəlif cür yozur” Sevinc Cəfərzadə

“Bir çoxları əsl səbəbi bilmədiyi üçün bu vəziyyəti müxtəlif cür yozur” Sevinc Cəfərzadə

Icma.az bildirir, Footbal-plus portalına istinadən.

Ölkəmizin qadınlardan ibarət yığması ikinci yoldaşlıq görüşündə də belaruslulara uduzdu. Sadəcə, Jodinoda keçirilən oyunda 0:3 hesabı qeydə alınmışdısa, iyulun ilk günündə Minskdə iki cavabsız top buraxdıq.
Bu oyunlarla bağlı yığmanın kapitanı Sevinc Cəfərzadə ilə də danışdıq:

“Hər komandanın yüksəlişi olduğu kimi, eniş dövrləri də olur. Hazırda biz eniş mərhələsini yaşayırıq – xalq dili ilə desək, sanki qara zolaqdayıq. Bir çoxları əsl səbəbi bilmədiyi üçün bu vəziyyəti müxtəlif cür yozur. Amma əsl səbəb oyunçu baxımından çətinlik çəkməyimizdi. Litvadan aldığımız ağır məğlubiyyəti hələ də qəbul edə bilmirik. O oyuna da itkilərlə, zədələrlə çıxmışdıq. Ancaq nə desək də, bu artıq çıxış yolu deyil. Belarusla keçirdiyimiz son iki yoldaşlıq oyununda əsas heyət futbolçularından beşi müxtəlif səbəblərdən iştirak edə bilmədi. Digər səbəb isə qızlar liqalarının dayanmasıdı. Hazırda yalnız Rusiyada və Qazaxıstanda çempionat fəal şəkildə keçirilir. Bizim heyətdə həmin liqalarda çıxış edən yalnız iki əsas oyunçu yer alırdı. Belarus yığmasının isə 90 faizi Rusiyanın ən güclü klublarında əsas heyət oyunçularıdı. Bu da onların həm fərdi ustalığa, həm də oyun praktikasına görə bizdən üstün olduğunu göstərir. Buna baxmayaraq, ilk oyundan fərqli ikincidə çox yaxşı oynadıq. Buna oyuna baxan hər kəs şahiddi. Təəssüf ki, qapımızda bəzi səhvlərdən sonra qollar buraxdıq. Qeyd etmək lazımdı ki, Belarus yetərincə güclü rəqibdi. Ən azı həmişə B liqasında oynayan komandadı. Belə oyunlardan dərs çıxarmalıyıq. Qarşıdakı toplanış üçün dörd ay vaxtımız var. Düşünürəm ki, növbəti toplanış bizim üçün daha uğurlu olacaq. Əlimizdən gələnin ən yaxşısını edirik, amma bəzən rəqibin ustalıq səviyyəsi, oynadıqları çempionatlar bu eniş dövrümüzdə acı məğlubiyyətlər almağımıza səbəb olur. Məğlubiyyəti, düşdüyümüz vəziyyəti qəbul etməliyik. Bu vəziyyətdən çıxmaq üçün daha da güclü olmalıyıq. Düşünürəm ki, əsas oyunçularımız tam şəkildə geri qayıdandan sonra bizə olan inamı doğrultmaq üçün bütün gücümüzü ortaya qoya biləcəyik. Əslində Litvanı udsaydıq, bəlkə də artıq B liqasındaydıq. Təəssüf ki, uduzduq – həm də çox ağır şəkildə. Amma komandama inanıram. Bu hal hər bir komandanın başına gələ bilər. İnsanların mənfi reaksiyasını başa düşürəm. Bir çoxlarının bizdən gözləntiləri yüksəkdi, çünki son vaxtlar göstərdiyimiz yaxşı nəticələr bu ümidləri artırmışdı. Amma o yaxşı nəticəli günlər yenidən gələcək. Sadəcə, səbirlə öz üzərimizdə daha çox işləməli və nə olur-olsun, yolumuza davam etməliyik”.

MÜZƏFFƏR QULUZADƏ
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 07 İyul 2025 18:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see217

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see206

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see180

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see172

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see170

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see169

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see166

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see162

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see156

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see153

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see153

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see149

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see144

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see141

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see139

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see139

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see138

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see130

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri