Icma.az
close
up
RU
Menu

Mədəniyyət Nazirliyində yoxlamalar: 8 milyon vəsait...

Sebastian Lekörnünün yenicə formalaşdırılmış hökuməti parlamentdə senzura təhlükəsi ilə üz üzədir

Qadınlar 50 yaşdan sonra niyə boşanır? Səbəb məlum oldu

Media: Pakistan ordusu Əfqanıstanla sərhəddə 19 nəzarət buraxılış məntəqəsini ələ keçirib

Tərkibində buz olan komet Günəş sisteminə daxil olur

Türkiyədə tarixi qərar: Türk soylular artıq vətəndaş kimi işləyə biləcək ŞƏRH

Rusiyada Türkiyə təyyarəsi ilə mikroavtobus toqquşdu

Rusiya pensiyaların maaşlara həqiqi nisbətini açıqlayıb...

Nigeriya millisini daşıyan təyyarə Anqolaya məcburi eniş edib

“Qəzzaya dönüş: bölgənin gələcəyini kim müəyyən edəcək?“ İsrail mətbuatı

Hava ilə bağlı xəbərdarlıq edildi: Leysan, dolu...

Taliban milyardlarla dollarlıq hərbi texnikanı ələ keçirib

Sükut andı : Bəşər Əsəd saatlarla “Moskva Siti”də onlayn oyunlar oynayır

Madaqaskar Prezidenti etirazlara görə paytaxtı tərk edib

Təkcə gənclər yox: Yaşlılar da ölümcül dozadan ÖLÜR

B12 çatışmazlığının ən böyük əlaməti: Dərinizdəki bu dəyişikliklərə diqqət edin

Mingəçevirdə zirzəmidə tapılan körpə ilə əlaqədar araşdırma aparılır

Ukrayna yeni raketlərlə hansı əraziləri vuracaq?

“Ədalət yalnız qanunun tələbi deyil, müstəqilliyimizin də əsasını təşkil edir”

Səhər yeməyində yeyənin zehni açılır: Alzheymer və demans riskini azaldır

Şəxsiyyət vəsiqəsi ilə bağlı mühüm YENİLİK Bundan sonra...

Şəxsiyyət vəsiqəsi ilə bağlı mühüm YENİLİK Bundan sonra...

Icma.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.

Vətəndaşları şəxsiyyət vəsiqəsi ilə bağlı mühüm yeniliklər gözləyir. Artıq Milli Məclisin plenar iclasında "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" qanuna dəyişiklik layihəsi birinci oxunuşda qəbul edilib. Layihəyə əsasən, şəxsiyyət vəsiqəsində göstərilən məlumatlar siyahısına yaşayış yeri və vətəndaşlıq məlumatları da əlavə olunacaq.

Bəs görəsən, bu addımın atılmasında məqsəd nədir? Nəzərdə tutulan yeniliklərlə nələr dəyişəcək? Köhnə vəsiqə sahibləri də sənədlərini dəyişməlidirlərmi?

BAKU.WS "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

Məlumatların mühafizəsi gücləndirilir

Milli Məclisin deputatı Azər Allahverənov deyir ki, bu dəyişikliklər Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) 9303 nömrəli standartlarının tələblərinə uyğun olaraq həyata keçirilir. Əsas məqsəd şəxsiyyət vəsiqələrinin istifadəsi zamanı ortaya çıxan bəzi praktiki çətinliklərin aradan qaldırılmasıdır: "Bir çox hallarda Azərbaycan vətəndaşları biometrik şəxsiyyət vəsiqələrindən səyahət sənədi kimi istifadə edirlər. Məsələn, Türkiyə ilə əldə olunan razılaşmaya əsasən, vətəndaşlarımız yeni nəsil şəxsiyyət vəsiqəsi ilə bu ölkəyə səfər edə bilirlər. Lakin sənədin üzərində yaşayış ünvanının göstərilməməsi müəyyən hallarda praktiki çətinliklərə yol açır. Buna görə də şəxsiyyət vəsiqəsinin formasında və məzmununda dəyişiklik zəruri hesab olunub. Yeni qanun layihəsində bu məlumatların sənədin üzərində açıq şəkildə əks etdirilməsi təklif edilir".

Qanun layihəsində digər əsas dəyişikliyə toxunan millət vəkili vurğulayır ki, bu yenilik çipdə saxlanılan məlumatları əhatə edir: "Belə ki, yeni düzəlişə əsasən, çipdə yalnız zəruri məlumatların saxlanılması nəzərdə tutulur. Əvəzində, vətəndaşın ailə vəziyyəti, valideynləri, hərbi vəzifəsi, uşaqları və digər şəxsi məlumatlar İdarələrarası Avtomatlaşdırılmış Məlumat Axtarış Sistemi vasitəsilə saxlanılacaq. Bu məlumatlar kriptoqrafik mühafizə altında olacaq və yalnız səlahiyyətli orqanlar tərəfindən əldə edilə biləcək. Bu yanaşma vətəndaşların məlumat təhlükəsizliyinin artırılmasına və icazəsiz müdaxilələrin qarşısının alınmasına xidmət edir".

Yaşayış yeri dəyişəndə vəsiqə də dəyişəcək

Yeni qanun layihəsində daha bir vacib məqam şəxsin yaşayış ünvanını dəyişməsi ilə bağlıdır. Layihəyə görə, yaşayış yeri dəyişdikdə şəxsiyyət vəsiqəsinin də dəyişdirilməsi məcburi olacaq. Millət vəkilinin sözlərinə görə, bu dəyişiklik vəsiqədəki məlumatların aktual və real vəziyyətə uyğun olmasını təmin etmək məqsədi daşıyır. Bununla yanaşı, vəsiqə və ya onun çipində texniki və ya məzmunla bağlı hər hansı bir səhv aşkar olunarsa, düzəliş dövlət rüsumu tutulmadan həyata keçiriləcək.

Vətəndaşlardan məcburi dəyişiklik tələb olunmayacaq

Azər Allahverənov əlavə edib ki, dəyişikliklər qüvvəyə mindikdən sonra şəxsiyyət vəsiqələri artıq qanunun yeni tələblərinə uyğun olaraq veriləcək. Hazırda qüvvədə olan biometrik vəsiqələrin etibarlılıq müddəti bitənə qədər istifadə edilməsi mümkündür və vətəndaşlardan məcburi dəyişiklik tələb olunmayacaq. Lakin vətəndaş öz istəyinə uyğun olaraq istənilən vaxt vəsiqəsini dəyişdirə və yaşayış ünvanı və vətəndaşlıq məlumatlarının əlavə olunmasını tələb edə bilər. Bu dəyişiklik könüllülük prinsipinə əsaslanacaq.

Boşluqlar aradan qalxacaq

Hüquqşünas Ruslan Vəliyev də təklif olunan dəyişiklikləri hüquqi çeviklik və şəffaflıq baxımından müsbət qiymətləndirir. Onun sözlərinə görə, hazırda biometrik vəsiqələrdə ünvan və vətəndaşlıq kimi vacib bilgilər yalnız çipdə yer alır. Lakin bütün dövlət qurumlarında həmin çipləri oxumağa imkan verən cihazların olmaması və ya texniki nasazlıqlar səbəbindən vətəndaşlar tez-tez hüquqi və inzibati problemlərlə üzləşirlər: "Bir çox hallarda dövlət orqanları və ya beynəlxalq strukturlar texniki səbəbdən həmin elektron daşıyıcıdan məlumatı oxuya bilmir. Bu da vətəndaşın hüquqlarının tanınmasında və ya xidmətə çıxışında problemlər yaradır. Yeni dəyişikliklərdə bu boşluq nəzərə alınıb. Görünən odur ki, yeni qanun layihəsi şəxsiyyət vəsiqəsinin funksionallığını artırmaq, istifadə prosesini asanlaşdırmaq, məlumat təhlükəsizliyini təmin etmək və vətəndaşların hüquqi münasibətlərdə şəxsiyyətini daha dəqiq ifadə etmək məqsədi daşıyır. Bu dəyişikliklər həm də ölkədə rəqəmsal idarəetmə və hüquqi şəffaflıq prosesinin tərkib hissəsi kimi qiymətləndirilə bilər".

Şəxsiyyətin daha dolğun tanınmasına imkan yaradacaq

Ekspert deyir ki, layihədə yaşayış yeri və vətəndaşlıq məlumatlarının birbaşa vəsiqə üzərində qeyd olunmasının nəzərdə tutulması şəxsiyyətin daha dolğun tanınmasına imkan yaradacaq: "İndiki şəxsiyyət vəsiqələrində yalnız "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi" yazılsa da, faktiki olaraq bəzi vəsiqələr vətəndaşlığı olmayan şəxslərə də verilir. Bu isə məhkəmə proseslərində və hüquqi mübahisələrdə suallar doğurur. Yeni layihə ilə şəxsiyyət vəsiqəsinin üzərində vətəndaşlıq statusunun açıq göstərilməsi, hüquqi ayırd etməni daha da sadələşdirəcək. Bu, həm də miqrasiya və hüquqi məsuliyyət məsələlərində daha şəffaf hüquqi baza yaradacaq".

Ruslan Vəliyev onu da qeyd edir ki, hazırda qüvvədə olan biometrik və köhnə nəsil vəsiqələr etibarlılıq müddəti bitənədək istifadə edilə bilər: "Məlumdur ki, indi vətəndaşlar həm yeni, həm də köhnə vəsiqələri paralel istifadə edirlər. Onlar üçün hansısa məhdudiyyət tətbiq edilmir. O baxımdan yeni formatlı şəxsiyyət vəsiqəsinə keçid də könüllü olacaq. Lakin yaşayış yeri və ya ailə vəziyyəti dəyişən vətəndaşlar, eləcə də 25, 35 və 50 yaş dövrlərində məcburi dəyişiklik etməli olacaqlar. Bununla yanaşı, kim istəsə, əvvəlcədən müraciət edib vəsiqəsini yeniləyə bilər. Lakin hüquqi öhdəlik yalnız müvafiq yaşa çatdıqda və ya yaşayış ünvanı dəyişdikdə yaranacaq".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:52
embedMənbə:https://baku.ws
archiveBu xəbər 13 İyul 2025 20:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mədəniyyət Nazirliyində yoxlamalar: 8 milyon vəsait...

12 Oktyabr 2025 08:18see307

Sebastian Lekörnünün yenicə formalaşdırılmış hökuməti parlamentdə senzura təhlükəsi ilə üz üzədir

13 Oktyabr 2025 02:05see188

Qadınlar 50 yaşdan sonra niyə boşanır? Səbəb məlum oldu

12 Oktyabr 2025 00:17see167

Media: Pakistan ordusu Əfqanıstanla sərhəddə 19 nəzarət buraxılış məntəqəsini ələ keçirib

12 Oktyabr 2025 06:59see160

Tərkibində buz olan komet Günəş sisteminə daxil olur

13 Oktyabr 2025 09:32see149

Türkiyədə tarixi qərar: Türk soylular artıq vətəndaş kimi işləyə biləcək ŞƏRH

12 Oktyabr 2025 21:27see146

Rusiyada Türkiyə təyyarəsi ilə mikroavtobus toqquşdu

12 Oktyabr 2025 19:48see139

Rusiya pensiyaların maaşlara həqiqi nisbətini açıqlayıb...

12 Oktyabr 2025 21:16see139

Nigeriya millisini daşıyan təyyarə Anqolaya məcburi eniş edib

12 Oktyabr 2025 02:10see135

“Qəzzaya dönüş: bölgənin gələcəyini kim müəyyən edəcək?“ İsrail mətbuatı

11 Oktyabr 2025 20:50see135

Hava ilə bağlı xəbərdarlıq edildi: Leysan, dolu...

12 Oktyabr 2025 17:28see134

Taliban milyardlarla dollarlıq hərbi texnikanı ələ keçirib

12 Oktyabr 2025 02:49see133

Sükut andı : Bəşər Əsəd saatlarla “Moskva Siti”də onlayn oyunlar oynayır

11 Oktyabr 2025 23:40see126

Madaqaskar Prezidenti etirazlara görə paytaxtı tərk edib

11 Oktyabr 2025 23:03see124

Təkcə gənclər yox: Yaşlılar da ölümcül dozadan ÖLÜR

12 Oktyabr 2025 17:00see123

B12 çatışmazlığının ən böyük əlaməti: Dərinizdəki bu dəyişikliklərə diqqət edin

11 Oktyabr 2025 23:00see123

Mingəçevirdə zirzəmidə tapılan körpə ilə əlaqədar araşdırma aparılır

12 Oktyabr 2025 11:47see122

Ukrayna yeni raketlərlə hansı əraziləri vuracaq?

13 Oktyabr 2025 00:17see122

“Ədalət yalnız qanunun tələbi deyil, müstəqilliyimizin də əsasını təşkil edir”

12 Oktyabr 2025 19:16see122

Səhər yeməyində yeyənin zehni açılır: Alzheymer və demans riskini azaldır

13 Oktyabr 2025 08:09see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri