Icma.az
close
up
RU
Səyahət üçün Avropanın ən ucuz şəhərləri Paris və Romadan gözəl

Səyahət üçün Avropanın ən ucuz şəhərləri Paris və Romadan gözəl

Azxeber.com saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bosniya və Herseqovinanın paytaxtı Sarayevo 2026-cı il üçün Avropanın ən sərfəli turizm istiqaməti seçilib.

AZXEBER.COM xarici mətbuata istinadla xəbər verir ki, şəhər "City Cost Barometer 2026" reytinqində araşdırılan 50 Avropa şəhəri arasında birinci olub.

Sarayevo zəngin tarixi, fərqli mədəniyyətlərin qovuşduğu mühiti və möhtəşəm dağ mənzərələri ilə turistlərin diqqətini çəkir. Qısa müddətli səyahət üçün münasib qiymətə fərqli təcrübə yaşamaq istəyənlər üçün şəhər ideal seçim hesab edilir.

Araşdırma zamanı turistlər üçün əsas xərclər nəzərə alınıb. Buraya üçulduzlu hoteldə iki gecəlik qalmaq, iki nəfərlik üç çeşidli şam yeməyi və bir şüşə yerli şərab, qəhvə, pivə, koka-kola, bir qədəh şərab, hava limanına gediş-gəliş, 48 saatlıq ictimai nəqliyyat kartı, şəhər turu, həmçinin əsas tarixi məkan, məşhur muzey və incəsənət qalereyasına giriş biletləri daxil edilib.

Sarayevo şəhərində bu xidmətlərin ümumi dəyəri cəmi 248 funt sterlinq (təxminən 565 manat) təşkil edir. Müqayisə üçün qeyd edək ki, siyahının ən bahalı şəhəri olan Norveçin paytaxtı Oslo şəhərində eyni həftəsonu istirahəti üçün təxminən 750 funt sterlinq (1706 manat) xərcləmək lazımdır.

Yerli bələdçi Nermin Numiçin sözlərinə görə, şəhərdə yemək qiymətləri də olduqca münasibdir. Ənənəvi Bosniya yeməklərindən olan çevapçiçi və ya bosanski lonats adlı ət yeməyinin bir porsiyasını təxminən 5 funt sterlinqə (11 manat) dadmaq mümkündür. Daha zəngin şam yeməyi və içkilər isə adambaşına orta hesabla 15 funt (35) sterlinqə başa gəlir.

Turizm mövsümünün qızğın vaxtında belə, şəhərdə iki nəfərlik sadə hotel otağı 50 funt sterlinqdən (113 manat) aşağı qiymətə tapılır. Daha komfortlu hotellər və mənzillərin gecəlik qiyməti isə təxminən 150 funt sterlinq ( 340) təşkil edir.

Sarayevo tez-tez "Avropanın Qüdsü" adlandırılır. Şəhərdə əsrlər boyu məscidlər, kilsələr və sinaqoqlar yanaşı fəaliyyət göstərib. Burada Osmanlı dövrünün dar küçələri və bazarları, Avstriya-Macarıstan dövrünün memarlıq nümunələri, eləcə də sosializm dövrünün tikililəri bir arada mövcuddur.

Şəhər 1984-cü il Qış Olimpiya Oyunlarının keçirildiyi dörd dağla əhatə olunub. Bu səbəbdən Sarayevo qışda xizək sürmək, yayda isə dağ yürüşləri üçün əlverişli məkan hesab olunur. Turistlərə hazırda küçə rəssamlarının əsərləri ilə bəzədilmiş köhnə olimpiya bobsley trasını da ziyarət etmək tövsiyə edilir.

Sarayevonun rəmzlərindən biri də körpüləridir. Şəhərdə ümumilikdə 13 körpü var. Onların arasında ən məşhuru Latın körpüsüdür. Məhz burada Avstriya-Macarıstan taxt-tacının varisi Frans Ferdinand öldürülüb. Bu hadisə Birinci Dünya müharibəsinin başlanmasına səbəb olan əsas amillərdən biri sayılır.

Bosniya və Herseqovinanın digər məşhur şəhəri Mostardan fərqli olaraq, Sarayevo adətən turist izdihamından uzaq olur. Yalnız avqust ayında keçirilən beynəlxalq kino festivalı zamanı şəhərdə daha çox qonaq müşahidə edilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 11 İyun 2026 20:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see384

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see353

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see344

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see292

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see260

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see257

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see242

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see235

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see219

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see210

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see210

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see207

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see202

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see200

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see200

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see198

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see193

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see187

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see177

Flik “Barselona”da gücləndirmək istədiyi iki mövqeni müəyyənləşdirib

10 Noyabr 2026 04:12see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri