Icma.az
close
up
RU
Seyfəddin Hüseynli “TÜRKSOY” medalı ilə təltif edilib

Seyfəddin Hüseynli “TÜRKSOY” medalı ilə təltif edilib

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Tanınmış ədəbiyyatçı, redaktor və bədii tərcüməçi  Seyfəddin Hüseynli “TÜRKSOY” medalı ilə təltif edilib.

Bu münasibətlə təşkilatın vitse-prezidenti Səlim Babullaoğlu yubilyara təbrik məktubu ünvanlayıb. Məktubda bildirilir:

Əziz Seyfəddin müəllim, sizi, müstəqillik illərində yetişmiş görkəmli ədibi – peşəkar tərcüməçi və ədəbiyyatşünası, jurnalisti 50 illik yubileyiniz münasibətilə təbrik edir, sizə möhkəm can sağlığı, uzun və xoşbəxt illər arzu edirəm. 

“525-ci qəzet”də uzun on illərdi ki, səmərəli fəaliyyətiniz, üzümüzü ədəbi mühitimizin hansı səmtinə çevirsək, necə bəhrə verdiyi aydın görünən işiniz var geridə qoyduğunuz bu illərdə. Qəzetdə 27 ilə yaxın bir dövrdə fəaliyyətiniz zamanı 4 nəsli təmsil edən ədiblərimizin yazıları məhz sizin usta redaktor qələmindən keçəndən sonra işıq üzü görüb, belə də demək mümkündür ki, onlarla, bəlkə yüzlərlə yazı adamı sizin “şineli”nizdən çıxıb həm də.

Bu mənada mən də istisna deyiləm.

Tərcüməçi kimi peşəkar işiniz, səyləriniz Azərbaycan dilinə, ədəbi-mədəni mühitinə onlarla dəyərli xarici müəllifin qiymətli əsərini qazandırıb.

“Dünya ədəbiyyatı” dərgisinin baş redaktoru kimi fəaliyyətinizin nəticəsi, bəhrəsi, fikrimcə, illər ötdükcə daha dərin, əsaslı qiymətini alacaq. Dərginin peşəkarlıqla hazırlanmış sayları oxucularla yanaşı eyni zamanda ədəbiyyat və ədəbiyyat tarixi tədqiqatçıları üçün, tərcüməşünaslar üçün zaman keçdikcə qiymətini daha da artıracaq mənbələrdir.

Təkcə vətənimiz və milli ədəbiyyatımız üçün deyil, həm də ümumtürk ədəbiyyatı üçün yorulmadan çalışmışınız.

Ləyaqətli vətəndaş və peşəkar mövqeyiniz həmişə örnək olub.
Gözəl övladlar yetişdirmisiniz.

Şəxsi dostluq münasibətlərimizlə həmişə şərəf duymuşam.

Sizi bir daha yubileyiniz münasibətilə təbrik edirəm və böyük qürur hissi ilə bildirirəm ki, TÜRKSOY təşkilatı sizi 50 illik yubileyiniz münasibəti ilə və “Türk dünyası mədəniyyəti və sənətinə verdiyiniz töhfələri görə” özünün ali təsisatı olan “TÜRKSOY” medalı ilə təltif edib.

Sizi bir daha təbrik edirəm.

Hörmətlə,

Səlim Babullaoğlu
Azərbaycan Yazıçılar Birliyinin katibi​​​​​​, 
TÜRKSOY Yazıçılar Birlyinin vitse-prezidenti

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:146
embedMənbə:https://525.az
archiveBu xəbər 16 Avqust 2026 19:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see375

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see363

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see303

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see285

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see257

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see257

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see245

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see243

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see233

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see225

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see219

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see218

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see205

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see196

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see180

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see179

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see179

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see172

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see166

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri