Icma.az
close
up
RU
Seyfəddin Hüseynlidən mərhum qardaşları ilə bağlı yayılan xəbərlərə Reaksiya

Seyfəddin Hüseynlidən mərhum qardaşları ilə bağlı yayılan xəbərlərə Reaksiya

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

Rusiyanın Yekaterinburq şəhərində OMON xüsusi təyinatlı dəstəsi tərəfindən amansızlıqla qətlə yetirilmiş Ziyəddin və Hüseyn Səfərov qardaşları ilə bağlı rusların “Proekt” nəşrinin yaydığı son məlumat mərhumların yaxınlarının etirazına səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, iş üzrə zərərçəkmiş kimi tanınan mərhum Ziyəddin və Hüseyn Səfərovların qardaşı Seyfəddin Səfərov (Hüseynli) Musavat.com-a açıqlamasında qardaşlarının bədən üzvlərinin kəsilməsi ilə bağlı iddianı təkzib edib. 

O qeyd edib ki, “Proekt” nəşri çirkin məqsədlərindən ötrü təxribat törədib, bu amansız cinayəti öz oyununa alət edib: “Bu avantürist nəşr cinayətin gerçək mahiyyətini təhrif etməklə yanaşı, mərhum qardaşlarımın adını, xatirəsini ləkələməyə çalışıb. Mən qardaşlarımın tibbi müayinəsi keçirilərkən Məhkəmə Tibbi Ekspertizada baş direktor Ədalət müəllim və digər əməkdaşlarla, istintaq qrupu ilə birgə əvvəldən sonadək orada olmuşam. Minnətdaram ki, buna şərait yaradıldı. Bəli, qardaşlarıma ölümcül, dəhşətli zərbələr vurulub, elektrik cərəyanı ilə işgəncə verilib. Həmin amansız zərbələrin, ağır işgəncələrin izləri yayılan fotolardan da açıq-aşkar görünür. Sadəcə fotolar sonradan paylaşılarkən qasıq nahiyəsi etik səbəblərə görə örtülüb. Yəni ona görə bağlamayıblar ki, orada nəsə başqa bir məsələ var. Qardaşlarımın orqanlarının kəsilməsi baş verməyib, bu, yalandır”.

Fotoda: Seyfəddin Hüseynli

Zərərçəkmişin sözlərinə görə, hazırda mərhum qardaşlarının övladları həmin nəşrə yazılı etiraz bildirərək bu yalan məlumatların təkzibini tələb ediblər: “Mənim qardaşlarıma dəhşətli dərəcədə ağır işgəncələr verilib. Daxili orqanları ölümcül zədələnib. Amma hansısa xarici əzalarının kəsilməsi yalandır. Ruslar bu təhqiramiz xəbəri yaymaqla çox çirkin niyyət güdürlər. “Proekt”in burada öz iyrənc marağı olduğu aydındır. Amma biz-Azərbaycan mediası belə məsələdə daha həssas və dürüst davranmalıdır. Mənim mərhum qardaşlarıma - Azərbaycanın ləyaqətli iki övladına rus güc strukturlarının qəddar, azğın təmsilçiləri həm qardaşlarımın öz evlərində, həm də zindanda dözülməz işgəncələr veriblər. Nəhayət, onları vəhşiliklə öldürüblər. Burası gün kimi aydın və danılmazdır. Bu dəhşətli cinayətin kifayət qədər sübutu var. Ona görə də olmayan hansısa detalı buraya əlavə etmək artıqdır. Odur ki, mərhum qardaşlarım haqda yayılan bu son çirkin məlumatı qətiyyətlə təkzib edirəm”.

Xatırladaq ki, bu il iyunun 27-də səhər saat 5 radələrində Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları Yekaterinburq şəhərində azərbaycanlılara məxsus 9 mənzilə basqın edib. Nəticədə Ziyəddin və Hüseyn Səfərov qardaşları xüsusi amansızlıqla qətlə yetirilib. Hazırda bu hadisə ilə bağlı Azərbaycan Baş Prokurorluğunun İstintaq İdarəsində araşdırmalar davam edir. 


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:55
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 27 Avqust 2025 15:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən məqbul sülh planı Avropa İttifaqı liderlərinin irəli sürdüyü plandır ŞƏRH

26 Noyabr 2025 17:36see304

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see293

Tramp planı beynəlxalq hüquqa sığmır

26 Noyabr 2025 14:10see276

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see247

SOCAR əməkdaşlarına illik mükafat veriləcək. Dəqiq tarix açıqlanıb – FOTO

28 Noyabr 2025 08:31see239

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see192

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see191

Basketbol millimiz ilk matçında uduzdu

28 Noyabr 2025 01:55see175

Azərbaycanda bu universitetlər akkreditasiya olunacaq

27 Noyabr 2025 16:50see173

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see152

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see145

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see143

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see142

Tarixdə ən uzun il hansı olub və bu necə baş verib?

26 Noyabr 2025 17:38see142

Dövlət tərəfindən bu şəxslərə YENİ GÜZƏŞT Yalnız yarısını ödəyəcəklər

27 Noyabr 2025 20:08see129

Hikmət Hacıyev Aİ nin rəsmi şəxsləri ilə ikitərəfli gündəliyi müzakirə etdi

28 Noyabr 2025 01:34see128

Rusiyada dördüncü hava limanı fəaliyyətini dayandırıb

27 Noyabr 2025 08:30see128

UEFA Çempionlar Liqasında V tur

27 Noyabr 2025 00:33see128

Müəllimə avtobus sükanı arxasında Qadın sürücülərdən reportaj VİDEO

26 Noyabr 2025 09:48see126

Xızıda yük maşını dəmir arakəsməyə çırpıldı ÖZƏL

27 Noyabr 2025 00:31see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri