Icma.az
close
up
RU
Səyirici aritmiya İNSULTA səbəb olur. Simptomlar, müalicə

Səyirici aritmiya İNSULTA səbəb olur. Simptomlar, müalicə

Icma.az xəbər verir, Saglamolun saytına əsaslanaraq.

Son zamanlar verilən çoxsaylı sualları nəzərə alaraq bu gün səyirici aritmiya (atrial fibrilyasiya) haqqında məlumat vermək istərdik.

Normada ürək bir mənbədən (sinus düyünündən) çıxan elektrik impulsun təsirindən ritmik şəkildə yığılır. Səyirici aritmiya zamanı isə ürəkdə nizamsız yığılmalar olur. Bir yox bir neçə mənbədən eyni anda impuls gəldiyi üçün adətən ürək döyünmələr çox olur.

Ürək yığılmaları ritmik yox, xaotik olduğu üçün ürəyin içərisində qan axını zəifləyir və durğunluq yaranır. Bu da trombların yaranmasının əsəs səbəblərindən biridir. Ürək daxilində yaranan tromb ürəkdən çıxaraq qan dövranı ilə müxtəlif orqanlara gedə bilər. Ən çox rast gəlinən fəsadlardan biri beyin damarlarının tutulması nəticəsində insultun yaranmasıdır.

Səyirici aritmiyanın daha çox rast gəlinən əlamətləri:

- Nizamsız və yüksək ürək döyünmə,

- Halsızlıq,

- Təngnəfəslik,

- Tez yorulma,

- Sinədə ağrı.

Bəzi hallarda səyirici aritmiya zamanı heç bir simptom müşahidə olunmaya bilər. Belə hallarda aritmiya təsadüfi müayinə zamanı və ya hər hansı bir fəsad ortaya çıxdıqda müəyyən olunur.

Səyirici aritmiya çox rast gəlinən aritmiya növüdür. Yaranmasının adətən tək bir səbəbi olmur, bir çox faktorların təsiri olur:

- Hipertoniya xəstəliyi

- Ürəyin qapaq xəstəlikləri

- Ürək çatışmazlığı

- Koronar damarların tutulması

- Qalxanabənzər vəz (zob) xəstəlikləri

Səyirici aritmiya davamlı və paroksizmal (qisa epizodlar şəklində) ola bilər. Davamlı olduqda elektrokardioqram vasitəsilə diaqnoz qoyulur.Paroksizm şəklində olduqda isə Holter cihazı taxılaraq 24 saatlıq izləmə ilə diaqnoz qoymaq mümkündür.

Səyirici aritmiyanın müalicəsində məqsəd ürək ritmini bərpa etməkdir (sinus ritmi). Əgər bu mümkün deyilsə, ürək döyünmələrin sayına nəzarət etmək, tromb yaranmasının qarşısını almaq və insult riskini azaltmaqdır.

Bioloji tənzimləyici terapiya ilə səbəbə yönəlmiş müalicə apararaq ürəyi qorumaq və yaranacaq ağırlaşmaların qarşısını almaq mümükündür.

Məqalə Bioloji təbabət klinikası tərəfindən təqdim olunub

www.biolojitababat.az

.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:237
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 06 Noyabr 2024 00:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see399

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see383

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see313

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see308

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see233

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see217

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see215

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see213

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see206

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see203

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see193

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see190

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see188

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see182

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see181

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see180

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see178

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see174

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see165

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri