Icma.az
close
up
RU
Şeytandan müqəddəs ataya: Al Paçinonun filmlərdəki 6 simvolik rolu Baxmağa dəyər

Şeytandan müqəddəs ataya: Al Paçinonun filmlərdəki 6 simvolik rolu Baxmağa dəyər

Lent az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Al Paçino – artıq uzun illərdir kino sənətinin əfsanəsi sayılır və onun adı mükəmməl aktyorluq ustalığının sinoniminə çevrilib. Yarım əsrdən çox davam edən karyerasında o, ekranda saysız-hesabsız kult obrazlar yaradıb. Hər biri öz dərinliyi, xarizması və unikal ifa üslubu ilə seçilir.

Aktyorun obrazlarında tamamilə “yoxa çıxmaq” bacarığı heyrətləndirir, eləcə də onun oynadığı rolların geniş diapazonu – güclü mafiya başçılarından həssas tənha adamlara, əsl şeytandan tutmuş yeni qorxu filmi “Ritual” da şeytanla mübarizə aparan müqəddəs ataya qədər. 

Lent.az Al Paçininonun inanılmaz aktyorluq çevikliyini və çevrilmə bacarığını nümayiş etdirən altı simvolik rollarını təqdim edir.

Maykl Korleone – "Xaç Atası" trilogiyası

Frensis Ford Koppolanın trilogiyasında ("Xaç Atası", 1972; "Xaç Atası 2", 1974; "Xaç Atası 3", 1990) Al Paçino Maykl Korleonenin mafiya klanının varisindən amansız bossa çevrilməsinin yolunu göstərib və kinematoqrafiya tarixində ən yadda qalan obrazlardan birini yaradıb.

Birinci filmdə Maykl güclü Don Vito Korleonenin (Marlon Brando) kiçik oğlu kimi təqdim olunur, kriminal dünyadan uzaq qalmaq istəyir. Ancaq faciəvi hadisələr və yaxınlarını qoruma ehtiyacı onu mafiya dünyasına sürükləyir. Paçino Mayklın daxili mübarizəsini, idealist gəncdən soyuqqanlı və düşüncəli klan liderinə çevrilməsini ustalıqla canlandırır. Film "Ən yaxşı film" də daxil olmaqla üç "Oskar" qazandı və dövrünün ən kassalı filmlərindən biri olub.

İkinci hissədə Koppola artıq Don Korleone kimi Mayklın daha da inkişafını – ailə biznesinin leqallaşdırılması cəhdlərini və yaxınlarından uzaqlaşmasını təsvir edir. Paçino obrazının artan amansızlığını, paranoyasını və daxili tənhalığını parlaq şəkildə göstərir. "Xaç Atası 2" "Ən yaxşı film" nominasiyasında "Oskar" alan ilk davam filmi olub və Koppolanın dahiliyini, Paçininonun istedadını bir daha sübut edib.

Trilogiyanın son hissəsində qocalmış və günahlarının ağırlığından əzab çəkən Maykl, günahlarını yumağa və imperiyasına varis tapmağa çalışır, lakin cəhdləri yenə faciə ilə nəticələnir.

Al Paçininonun ifasında Maykl Korleone obrazı kino tarixində ən mürəkkəb və əlamətdar rollardan biri olaraq qalır, hakimiyyətin cazibəsini, ambisiyaların qiymətini və insanlıq itkisini simvolizə edir.

Toni Montana – "Üzündə çapıq"

Al Paçininonun daha bir kult kriminal obrazı – Braian De Palmanın "Üzündə çapıq" (1983) filmindəki Toni Montana. O, 1980-ci illərin əvvəllərində Mayamiyə gələn, sürətlə yerli narkobiznesin zirvəsinə qalxan iddialı və amansız kubalı qaçqındır. Paçino Toni Montananın hakimiyyət və sərvət ehtirasını, impulsivliyini, paranoyasını və qəddarlığını parlaq şəkildə canlandırır. Kiçik cinayətkardan güclü narkobaronadək onun obrazı Amerika arzusunun qanlı kabusa çevrilməsinin simvoludur.

"Üzündə çapıq" ilk çıxışı zamanı "Xaç Atası" kimi kommersiya uğuru əldə etməsə də, sonradan Al Paçininonun karyerasında zirvə nöqtələrindən biri və kriminal janrın klassikası kimi qəbul olunub.

Frenk Sleyt – "Qadının ətri"

Martin Brestin "Qadının ətri" (1992) filmində Al Paçino ABŞ ordusunun istefada olan podpolkovniki Frenk Sleyt obrazında ən təsirli və mükafatlı rollarından birini yaradıb. Sleyt tamaşaçıya kor, kinayəli və tez-tez kobud bir kişi kimi təqdim olunur. O, Şükranlıq bayramında Nyu-Yorka səyahət üçün gənc tələbə Çarli Simmsi (Kris O'Donnell) köməkçi kimi işə götürür və bu görüş hər ikisinin həyatını dəyişir. Paçino Sleytin zahiri sərtliyinin və kinayəsinin arxasında dərin yaralı bir ruh, insanlıq və mərhəmət hissini ustalıqla göstərir.

Bu rol Al Paçinoya "Ən yaxşı kişi rolu" nominasiyasında uzun illər arzuladığı "Oskar"ı, həmçinin "Qızıl Qlobus" mükafatını qazandırdı. Onun restoranda gənc qadınla rəqsi kino tarixində ən duyğusal rəqs səhnələrindən biri sayılır.

Con Milton/Şeytan – "Şeytanın vəkili"

Teylor Hekfordun mistik trillerində Al Paçino Nyu-Yorkda prestijli hüquq firmasının sahiblərindən biri Con Milton obrazını canlandırır, hansı ki, əslində Şeytandır. Kvevin Lomaks (Kianu Rivz), Floridadan gələn gənc və iddialı vəkil, Miltonun cazibədar iş təklifini qəbul edir. Lakin tədricən o, ətrafındakı narahatedici və fövqəltəbii hadisələri fərq etməyə başlayır.

Paçino bu filmdə cazibədar, intellektual və təhlükəli gücə malik Şeytan obrazını parlaq şəkildə yaradır. Onun insan təbiəti və ilahi plan haqqında ironik monoloqları filmin ən yaddaqalan səhnələrindəndir. "Şeytanın vəkili" cazibə, əxlaqi seçim və şərin təbiəti mövzularını tədqiq edir, Paçininonun obrazı isə karikaturalı bir yaramaz deyil, həm heyranedicə, həm də qorxunc, izləyicidə narahatlıq və insan ruhunun qaranlıq tərəfləri haqqında dərin düşüncələr oyadan mürəkkəb bir obrazdır.

Cek Kevorkyan – "Siz Ceki tanımırsınız"

Barri Levinsonun HBO üçün çəkdiyi "Siz Ceki tanımırsınız" (2010) bioqrafik dramında Al Paçino çox mübahisəli bir obraz – pasiyentlərinə könüllü ölüm hüququnu dəstəkləyən və onlara bu yolda kömək edən həkim Cek Kevorkyanı canlandırır. Film Kevorkyanın 1980-ci illərin sonundan 1990-cı illərdə ona qarşı keçirilən məhkəmələrə qədər olan fəaliyyətini izah edir.

Paçino qəhrəmanının eksantrikliyini, israrçılığını və insanın layiqli ölüm hüququna inamını ustalıqla nümayiş etdirir. Bu rola görə aktyor "Mini-serial və ya film üçün ən yaxşı kişi rolu" nominasiyasında "Emmi" və eyni nominasiyada "Qızıl Qlobus" mükafatlarını qazanıb. Film eyni zamanda eutanasiyaya dair ictimai müzakirələrə səbəb olub.

Ata Teofil Rizinqer – "Ritual"

25 aprel Al Paçininonun 85 yaşı tamam oldu, lakin aktyor hələ də mürəkkəb və mübahisəli rollar seçərək çəkilir.

Həqiqi hadisələrə, mətbuatda və katolik kilsəsi tərəfindən sənədləşdirilmiş faktlara əsaslanan bu qorxunc film 1928-ci ilə aparır. Ata Rizinqer, Emma Şmidt (digər adı ilə Anna Eklund) adlı qadının bədənini bürüyən şeytanı qovmaq üçün çətin və uzun sürən ayini idarə edir. Ona gənc keşiş Cozef Ştayger (Den Stivens) kömək edir. Birlikdə onlar yalnız qızın içindəki şər qüvvələrlə deyil, həm də öz daxili şeytanları ilə mübarizə aparırlar.

Paçino özünəməxsus xarizması və obrazın dərinliyi ilə ata Rizinqerin qızın canını qurtarmaq üçün fiziki və ruhi mübarizəsini, eyni zamanda öz inanc böhranını təsvir edir. Bu dramatik xarici və daxili mübarizəni böyük ekranda artıq 5 iyun tarixində Ukrayna kinoteatrlarında görə biləcəyik.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:98
embedMənbə:https://lent.az
archiveBu xəbər 28 May 2025 17:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see487

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see178

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see160

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see139

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see134

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see134

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see134

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see131

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see131

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see130

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see130

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see128

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see127

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124

“İnter”dən inamlı qələbə

07 Dekabr 2025 02:06see122

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri