Icma.az
close
up
RU
Menu

Valdas Dambrauskas: “Komandama inanıram”

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

Ruslar üçün inflyasiya qumbarası...

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

“Faiz haramdır“dan 50% lik faizə...

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

Bəzi rayonlarda işıq olmayacaq

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

Azərbaycanda baş həkim vəfat edib

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

Şeyx onu gizli şəkildə Ramiz Mehdiyevlə görüşdürürmüş Mənsimov hədəfdə

Şeyx onu gizli şəkildə Ramiz Mehdiyevlə görüşdürürmüş Mənsimov hədəfdə

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Ramiz Mehdiyev və onun xəyanətkar şəbəkəsi ətrafında müzakirələr səngimir, eyni zamanda “boz kardinal”a açılan cinayət işinin əhatə dairəsi gün keçdikcə genişlənir. 
Mehdiyevlə əlaqəli adamların siyahısına da mütəmadi şəkildə yeni adlar əlavə olunur. Son olaraq Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimovun da “boz kardinal”la gizli münasibətləri barədə iddialar ortaya çıxıb. Həmin iddialara görə, bu iki fiqur arasında körpü rolunu isə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəisi Şeyxülislam Hacı Allahşükür Paşazadə oynayıb.
Demokrat.az "unikal”a istinadən bildirir ki, əslində Mənsimov Türkiyədə yaşasa və biznesini bu ölkədən idarə etsə də, onun iş adamı kimi ortaya çıxmasında və güclənməsində Rusiya amili mühüm yer tutur. Belə ki, o, dənizçilik sahəsində fəaliyyətə məhz Rusiyadan alaraq İstanbula gətirdiyi gəmi ilə başlayıb. Ona məxsus “Palmali” şirkəti qısa vaxtda hədsiz böyüyüb və bir ara Mənsimov özünün 100-dən artıq gəmisi ilə Aralıq dənizi, Ağ dəniz və Qara Dəniz arasında Rusiya neftinin nə az, nə çox, düz 75 faizini daşıyırdı.
İddialar bu yöndədir ki, əvvəllər Mənsimov sadəcə biznes fəaliyyətinə üstünlük verib; lakin bəlli müddətdən sonra o, sahib olduğu böyük kapital sayəsində başgicəllənməsi yaşamağa başlayıb və əlaltından Türkiyədəki müəyyən siyasi dairələrlə qaranlıq münasibətlərə girib. Bu isə onun sonda Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə təqsirləndirilməsinə və həbsə atılmasına gətirib çıxarıb.
Həmin vaxt, 2021-ci ildə Mənsimovun azadlığa buraxılması üçün Allahşükür Paşazadənin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana yazdığı məktub yayıldı. Məlum oldu ki, Paşazadə bu məktubu imzalamaq üçün onu Bakı və Azərbaycan Arxiyepiskopu Aleksandrı, Azərbaycandakı digər dini icmaların rəhbərlərini belə səfərbər edib.
Bundan xeyli əvvəl isə QMİ rəhbəri ilə “Palmali” sahibinin ailəvi şəkildə yaxın münasibətdə olduqları barədə ölkə mediası bildirmişdi. 2023-cü ildə onun qalmaqallı iş adamı Mənsimovun atasının Bakıda keçirilən “üç” mərasimində iştirak etməsi də deyilənləri təsdiqləyirdi.
İddialar bu yöndədir ki, Mehdiyevlə Mənsimov arasında əlaqələrin qurulmasında da QMİ rəhbəri mühüm rol oynayıb. Bu “üçbucağın (Mehdiyev-Paşazadə-Mənsimov) yaranmasında başlıca faktor isə onların üçünün də Rusiyanın yüksək dairələri ilə yaxşı münasibətləridir. “Boz kardinal”la hər şey aydındır, Mənsimovun iş adamı kimi ortaya çıxmasında və güclənməsində Rusiya faktoruna bir qədər yuxarıda toxunmuşduq. Paşazadə isə hələ sovet dövründən Moskvanın etimadını qazanmış, məhz bu səbəblə o zamanlar QMİ rəhbərliyinə gətirilmiş şəxsdir. 2015-ci ildə o, Rusiya Federasiyası Prezidentinin Fəxri Fərmanı ilə təltif edilib. Həmin il mayın 29-da QMİ-də bununla bağlı təqdimat mərasimində Rusiyanın Azərbaycanda ovaxtkı fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxin ilginc fikirlər səsləndirmişdi. Sitat: “Rusiya Prezidentinin Fəxri Fərmanı ölkənin rəsmi mükafatı sayıldığından digər orden və medallara bərabər tutulur. Şeyxülislam həzrətləri həm sovet dövründə, həm də müstəqillikdən sonra Rusiyanın müxtəlif orden və medalları ilə təltif olunub. Lakin bunlar Fəxri Fərmanın əhəmiyyətini azaltmır. Əksinə, bu, bir daha sübut edir ki, Siz qarşıya qoyduğunuz ali məqsədlər uğrunda yenə də əzmlə çalışırsınız və Rusiya dövləti Sizin bu fəaliyyətinizi yüksək dəyərləndirir”.
Bütün bunlar fonunda Şeyxülislamın Azərbaycandakı xəyanətkar şəbəkənin rəhbəri Ramiz Mehdiyevlə yaxınlığı yəqin ki, təəccüblü deyil. Hətta QMİ rəhbərinin deputat qardaşı Cavanşir Paşazadə də bu günlərdə də mediaya açıqlamasında Şeyxin “boz kardinal”la münasibətlərini gizlətməyib.
Onu da deyək ki, 2020-ci ildə o zaman Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti postunu tutan Ramiz Mehdiyevin adına açılan hesabdan ilginc paylaşımlar edilmişdi. Həmin paylaşımlardan bəzilərində Mübariz Mənsimovla bağlı şəkillər paylaşılaraq onun azad olunması barədə çağırışlar yer almışdı. Lakin AMEA-dan həmin günlərdə açıqlama verilərək sözügedən hesabın saxta olduğu bildirilmişdi. Lakin belə görünür, həyatda heç nə təsadüfi baş vermir…
İndiki vəziyyətdə  biz “Mehdiyev işi”ndə ortaya çıxan yeni adlardan və sensasiyalı “üçbucaq”dan bəhs edirik. Bu adları hansı konkret maraqların bir araya gətirdiyi, Türkiyədəki həbsindən sonra biznesmenliklə yanaşı, siyasi perspektivlər barəsində düşündüyünə şübhələr qalmayan Mənsimovun həmin “üçbucağa” niyə daxil edildiyi yəqin ki, zaman keçdikcə daha dəqiq ortaya çıxacaq…
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 14 Dekabr 2025 21:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see319

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see310

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see300

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see284

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see274

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see259

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see249

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see242

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see240

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see226

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see222

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see220

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see220

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see216

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see210

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see205

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see202

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see201

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see188

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri