“Seyxan müqavilə müddəti başa çatana qədər bizlə olacaq” bombardirin premyer liqa arzusu puç oldu
Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
MOİK-in hücumçusu Seyxan Fərəcovun “İmişli”dən təklif aldığını, bəxtini premyer-liqada sınamaqda maraqlı olduğunu, lakin məxsus olduğu klubun bu məsələyə isti yanaşmadığını xəbər vermişdik.
Xatırladaq ki, “hərbçilər” Seyxanın yerinə alternativ futbolçu tapa bilməyəcəklərini və onunla müqavilə müddətinin hələ başa çatmadığını əsas gətirərək, bu keçiddən imtina edib.
Mövzu ilə bağlı MOİK-in baş məşqçisi İlham Yadullayevin də fikirlərini öyrəndik. Onun “Football-plus.az”a cavabı:
“Seyxanın klubumuzla müqaviləsi hələ qüvvədədi. Bu gün nəinki onun, hansısa futbolçunun komandadan göndərilməsi müzakirə olunmur. Qalan məsələlər isə klubdaxilidi. Bunu açıqlamağa ehtiyac yoxdu”.
“Onun performans səviyyəsinin aşağı düşməsindən, psixoloji problem yaşamasından çəkinmirik. Ona görə ki, belə çatışmazlıq ortaya çıxmayacaq. Seyxan MOİK-in futbolçusudu və müqavilə müddəti başa çatana qədər bizlə olacaq. Bu barədə özü ilə danışmışıq”.
KƏNAN BAHADIR
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:29
Bu xəbər 05 Yanvar 2026 21:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















